Almaniya mediası Zəngəzur dəhlizindən yazdı
Könül faciəsi ilə bağlı cinayət işi açıldı
“Sinəsini açana Xalq artisti verirlər” – Qalmaqallı açıqlama
Azərbaycan Ukraynaya nə qədər yardım edib?
Rusiya PUA-sı Litvada vurulub?
Elcan 300 manat cərimə olundu, 8+cərimə balı...
Xəbərdarlıq: Temperatur 41 dərəcəyə kimi artacaq
Gürcüstanda azərbaycanlılara məxsus binada UÇQUN
Azərbaycanda işsiz şəxslərin sayı açıqlanıb
Moskvada azərbaycanlıların kütləvi şəkildə saxlanıldığı bildirilir


10.07.2025  14:34 

Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml





A+  A-

“Ermənistan və Azərbaycan Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb kənara ataraq, sülhə yaxınlaşır”. “Euronews”un xəbərində belə deyilir.

Bugünlərdə isə “The Moscow Times” belə yazmışdı: “Son 35 ilin çox hissəsini bir-biri ilə münaqişədə keçirən Ermənistan və Azərbaycanın indi ortaq bir düşməni var: Kreml”.

Rəsmi Moskva bunun fərqindədir. Başa düşür ki, Rusiyaya nifrət o həddədir ki, gələcək naminə yağı düşmənlər belə Rusiyaya qarşı birləşirlər.

O da bəllidir ki, tərəflər bir-biri ilə birbaşa danışıqlar aparırlar. Ancaq pərdə arxasında ABŞ-ın dayanması kimsəyə sirr deyil. Oyundan kənarda qalan Rusiya Ermənistan və Azərbaycana qarşı nə edəcək? Rusiya Ermənistanda dövlət çevrilişi etməyə çalışır. Bu məqsədlə hətta keşişlərdən də istifadə etdi. Alınmadı. Niyə alınmadı? Çünki ABŞ buna imkan vermir. Vaşinqton var gücü ilə Nikol Paşinyanı qoruyur.

Xatırladım ki, dünyada ən böyük ABŞ səfirliyi məhz İrəvanda yerləşir.

Azərbaycanda isə Rusiyanın iqtidar dəyişikliyi həyata keçirməsi ümumiyyətlə, mümkünsüz görünür. Rusiya-Ukrayna müharibəsində ciddi şəkildə zəifləyən Rusiya Cənubi Qafqazda və Türkistanda əvvəlki təsir imkanlarının ən azı 60-70 faizini itirib.

Rusiyanın daxilində də anti-müharibə əhval-ruhiyyəsinin güclənməsi Putin rejimini getdikcə zəiflədir...

Zəngəzur dəhlizinin ABŞ-ın nəzarəti altında açılması İranı da məyus edib. İran ABŞ və Avropa İttifaqını öz sərhədlərində görmək istəmirdi. Ancaq İsrail-İran savaşından sonra xeyli zəifləyən molla rejiminin prosesə müqavimət göstərmək imkanı qalmayıb.

Şübhəsiz ki, Zəngəzur dəhlizinin açılmasına ən böyük dəstəyi Türkiyə verir. Rusiya və İranın Cənubi Qafqazda əriyib gedən təsir imkanları Türkiyənin əlinə keçir. Azərbaycanın Cənubi Qafqazda dominant ölkə olması da Türkiyənin işinə yarıyır...

Zəngəzur dəhlizi Türk Dünyasının iqtisadi, siyasi və hərbi baxımdan daha da yaxınlaşmasını sürətləndirəcək. Bu isə özü ilə yeni imkanlar gətirəcək.

Belə ki, Türk Dünyası dünyanın yeni güc mərkəzlərindən birinə çevrilmək şansı qazanacaq. Bu şansı isə əldən qaçırmaq olmaz...

Elbəyi Həsənli

Xəbər 767 dəfə oxunub.




11.07.2025  17:06 

Güclü, amma “səssiz“ OLİQARX

11.07.2025  16:28 

Rusiya PUA-sı Litvada vurulub?

11.07.2025  12:01 

Prezident gürcü naziri qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +