Putin yalnız mənimlə danışıq apara bilər - Zelenski
Məktəbdə atışma: Xeyli sayda ölü və yaralı var
16 yaşlı yeniyetmə 8 yaşlı oğlana təcavüz edib
Jurnalist Rahib Qəribi döydülər
Diplomatik təxribat...
Berdıməhəmmədov Azərbaycana səfər edəcək
Topçubaşovun 130 illiyi qeyd ediləcək - Sərəncam
Bakıda 36° isti olacaq
“Həkim 6 min pul aldı, yenidoğulmuş övladım öldü
Zaxarova Medinskinin açıqlamasından danışdı


27.10.2023  23:40 

Sözsüz ki, onların kütləvi şəkildə qayıdışının əleyhinəyəm -Deputat





A+  A-

Qarabağdan könüllü şəkildə Ermənistana gedən ermənilərin geri dönüşü ilə bağlı fərqli yanaşmalar səslənir. Amma burada onların hansı şərtlərlə geri qayıdışı aydınlaşmalıdır. Sözsüz ki, onların kütləvi şəkildə qayıdışının əleyhinəyəm. Onlar ərazimizdən öz istəkləri ilə gedib. Soyqırımına məruz qalmış, çox sayda yaxınlarını Xocalı soyqırımı zamanı itirmiş Azərbaycan vətəndaşı kimi bunu deyirəm. Azərbaycanın Qarabağ bölgəsində yaşayanların içərisində əli azərbaycanlıların qanına batmayan, soyqırımı və işğalda günahı olmayan erməni yoxdur. Hamısının bu məsələlərdə iştirakı, günahı var.

Xəzərnews.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O qeyd edib ki, vaxtilə azərbaycanlılara qarşı həmin ermənilər əlində silah döyüşüb, bəziləri isə onlara yardım edib:

“Kimlərsə də azərbaycanlılara qarşı döyüşənlərin ailə üzvü olub. Azərbaycana qarşı 30 ildən artıq müddətdə aparılan işğalçılıq müharibəsində, soyqırımında orada olan ermənilərin günahı var. Ona görə də, onlar ərazimizdən çıxıb gediblər.

Prezident İlham Əliyevin də bəyan edib ki, Azərbaycan dövlətinə və xalqına qarşı cinayət törətməmiş, ölkə vətəndaşlığını qəbul edən, qanunlarına tabe olan, 1988-ci ilə qədər Qarabağda yaşayan ermənilərin ərazimizdə yaşamasına razılıq var".

Deputatın fikrincə, ən yaxşı variant təxribatçı ermənilərin ərazimizə buraxılmamasıdır: "Bununla bağlı təkliflərlə çıxış edən Avropa Parlamenti, Avropa İttifaqı və digər təsisatlar yaxşı olardı ki, Azərbaycanın daxili işlərinə müdaxilə etməsin”.

Elman Məmmədov hesab edir ki, Azərbaycan öz ərazisi üzərində suverenliyi tam təmin edib:

“Burada Qərbi azərbaycanlılarla bağlı aparılan müqayisə də qüsurludur. Qərbi azərbaycanlıların tarixi ata-baba yurdlarına, indiki Ermənistana qayıdışı onların fundamental haqqıdır. Ermənistan rəhbərliyinin ermənilərin də guya vaxtilə Azərbaycan ərazisində yaşadığı bölgələrə qayıtmasını şərt kimi irəli sürməsi heç bir tarixi fakta əsaslanmır. Çünki ermənilər bu ərazilərə sonradan çar Rusiyası tərəfindən yerləşdirilib. Qərbi Azərbaycan və İrəvan isə tarixi Azərbaycan torpağıdır. Burada 1988-ci ilə qədər, yəni Ermənistanın həyata keçirdiyi sonuncu deportasiya siyasətinə qədər yüz minlərlə azərbaycanlı yaşayıb”./Teleqraf.com


Xəbər 1783 dəfə oxunub.




10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq

10.06.2025  10:55 

Ruslar Odessada doğum evini vurdu


BÜTÜN XƏBƏRLƏR +