Üç iranlı nüvə alimi sağ çıxa bilməyib - KİV
Kirmanşah, Xürrəmabad və Marağada... -Partlayış səsləri
İndi biz gözləyirik ki... - Hikmət Hacıyev
İsrail Ərdəbildə Xoruzlu kəndini bombalayıb
Trampın İsrailin İrana hava zərbələrindən xəbəri olub
Xalq artisti Bilgəh sanatoriyasını tənqid etdi
“Son Zəng”lə bağlı xəbərdarlıq olundu
İsrailin Tehrana hücumu: 78 ölü, 329 yaralı
Dilan Polat dəlixanaya yerləşdirilib
Natanzdakı obyektə zərər vurulub - İran təsdiqlədi


26.04.2023  20:58 

“Ərazini tərk etməyə məcbur olacaqlar“ - Politoloq





A+  A-

Regionda yeni reallıq formalaşır. Ermənistanı Üçtərəfli Bəyanata və yüksək səviyyədə digər razılaşmalara əməl etməyə yalnız Azərbaycan tərəfinin siyasi, diplomatik addımlarının hərbi xarakterli dəqiq tədbirlərlə uzlaşması məcbur edə bilər.

Bunu siyasi icmalçı, hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko Azərtac-a müsahibəsində deyib.

"Xüsusi olaraq, indi Laçın – Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin fəaliyyətə başlamasından sonra de-fakto baş verənlər Azərbaycan nümayəndələrinin inzibatçılığı altında olacaq.

Başlıcası odur ki, erməni qanunsuz silahlı bölmələrinin çıxarılması bu gün regionun sülh yolu ilə inkişafı üçün zəruridir. Aydındır ki, təchizat və silah ehtiyatından məhrum olan qanunsuz erməni silahlı bölmələri faktiki olaraq çıxılmaz vəziyyətə düşüblər və ərazini tərk etməyə məcbur olacaqlar. Buna paralel olaraq, separatçı rejimin özünü buraxması, həmin əraziyə Azərbaycanın dövlət orqanlarının səlahiyyətli nümayəndələrinin gəlməsi, onların inzibatçılıq, sülh prosesi və əhalinin həyat fəaliyyətinin bütün sahələrini öz üzərinə götürməsi baş verməlidir. Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağ iqtisadi zonasında yaşayan ermənilərin öz seçiminin etməsi – ya Azərbaycan vətəndaşı olması, yaxud özlərinə digər variantlar axtarması barədə hər kəsə məlum olan sözləri buna misaldır. Azərbaycan hökuməti dəfələrlə Qarabağ ermənilərinə ölkənin hüquqi məkanına yenidən inteqrasiya etməyi təklif edib, lakin hələ ki, heç kim bu təklifə cavab verməyib. Ümid edirik ki, yeni reallıq Qarabağ ermənilərini yaranmış vəziyyəti daha sakit və sağlam qiymətləndirməyə, praktiki inteqrasiya prosesinə başlamağa vadar edəcək", - ekspert söyləyib.

Xəbər 921 dəfə oxunub.



13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir

12.06.2025  19:33 

“Medera Hospital“ cərimələndi

12.06.2025  17:14 

Prezident fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +