İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü
Qərb İsrail-İran münaqişəsində dağıdıcı rol oynayır - Zaxarova
Ali Məclisə seçkiləri Prezident təyin edəcək
Bloger sevgilisinin 100 min dollarını ələ keçirdi
Həkim gənc qızın gözünü kor etdi
Sürücüyə 12 gündə 1 800 manat cərimə yazılıb
İran İsraildə xəstəxananı vurdu


08.06.2022  15:09 

“Qurumlar öz vəzifələrinə laqeyd yanaşırlar” - Deputat





A+  A-

Sosial şəbəkələrdə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilməsi, parklanma yerinin yaradılması və bunun nəticəsi kimi piyada səkisinin daraldılması barədə məlumatlar yayılmışdı.

Məlum oldu ki, qanunsuz parklanma yeri Kinematoqrafçılar İttifaqı tərəfindən yaradılıb. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq dərhal qanunsuz parklanma yeri sökülüb, piyada səkisi əvvəlki vəziyyətinə gətirilib.

Piyada səkisi bərpa oluna bilər, bəs kəsilən ağaclar? Şəhərin mərkəzində ağaclar kəsilən zaman aidiyyəti qurumlar niyə reaksiya verməyib?

XəzərNews.az xəbər verir ki, millət vəkili Aqil Abbas məsələ ilə bağlı Bakupost.az -a danışıb.

Millət vəkili qurumların problemə laqeydliyinə diqqət çəkib:

“Qurumlar öz vəzifələrinə, icra etdikləri işə laqeyd yanaşırlar. Onlar cəzalandırılmalıdırlar. Ola bilər ki, bu parkinq yerini salanda kimdənsə icazə alıblar.
Balaca bir ağac budağı qıranda adamın anasını ağladırlar. Bunlar yəqin böyük adamlardırlar, şəxsi maşınları üçün yer düzəldiblər. Məsələ ilə bağlı onlara cinayət işi qaldırılmalıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların kəsilməsi faktına görə şikayət etməlidir. Ondan sonra cəza verən olsa, cəzalarını alarlar
”.


Xəbər 3506 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi


BÜTÜN XƏBƏRLƏR +