Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi
Porno aktyor penisinə iynə vurdu, xəstəxanalıq oldu
Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət... - Siyahı
Arif Babayevə Heydər Əliyev Mükafatı verilib
Putin Si Cinpinlə görüşüb - Moskvada
Özümüzü Fransa ilə də müqayisə edə bilərik - Bakı meri
Universitetin kampusuna balta ilə hücum olub


29.04.2025  12:46 

Frans-Pressin təxribatına cavab veriləcəkmi?





A+  A-

“English.alarabiya.net” saytı Agence France-Presse-ə istinadən İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Bakıya səfəri ilə bağlı xəbər yayıb. Xəbərin sonunda belə deyilir: “Tehran tarixən İranın 83 milyon vətəndaşının təxminən 10 milyonunu təşkil edən etnik azərbaycanlı azlıq arasında separatçı əhval-ruhiyyədən ehtiyatlanır”.

XəzərNews.az xəbər verir ki, belə bir açıqlama ilə tanınmış jurnalist Elbəyi Həsənli çıxış edib.

E.Həsənli bildirib ki, əvvəla rəsmi statistikaya görə, hazırda İranın 86 milyon nəfər əhalisi var:

“Onların neçə faizi türkdür? Bu suala fərqli cavablar var. Rəqəmlər 20-40 milyon arasında dəyişir. Fransanın Agence France-Presse-i isə fransızlıq-həyasızlıq edir. Məqsədli şəkildə İrandakı türklərin sayını kəskin şəkildə aşağı göstərir”.

“Buna görə Agence France-Presse-ə etiraz edən olacaqmı? Olmayacaq. Niyə olmayacaq? Çünki Azərbaycanda azad və müstəqil media yoxdur. Acından günorta duran jurnalistlər hökumətin əlinə baxır. Qarnını düşünən jurnalistika belə hücumlara müqavimət göstər bilməz... Qərbdə olan güneyli qardaşlarımız necə, bu yaramazlığa etiraz edəcəkmi? Diaspora təşkilatlarımız yalnız kağız üzərində mövcuddur. Onlardan da səs çıxan deyil...”,-deyə E.Həsənli vurğulayıb.

Xəbər 1859 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +