200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


29.04.2025  10:10 

Xəbərdarlıq edilmədən işdən çıxarıldılar - Etiraz





A+  A-

Masallı rayonunda bir qrup vətəndaş işdən çıxarılmalarına etiraz edir.

XəzərNews.az İTV-yə istinadən xəbər verir ki, şikayətçilərin sözlərinə görə, onların işlədikləri Lənkəran Rayon Qaz İstismarı İdarəsinin Masallı rayon xidmət sahəsi tərəfindən heç bir xəbərdarlıq edilmədən əmək müqavilələrinə xitam verilib və onlara heç bir kompensasiya ödənilməyib.

Şikayətçilər bildiriblər ki, bu sahədə 9 ildir çalışıblar və fəaliyyətlərində hər hansı nöqsan olmayıb.

Məsələ ilə bağlı Lənkəran Regional Qaz İdarəsinin Masallı rayon xidmət sahəsindən bildirilib ki, şikayət edən şəxslər onların deyil, DOST Mərkəzinin işçiləridir.

Qurumdan verilən məlumata görə, qeyd olunan şikayətlər araşdırılıb və əməkdaşların xəbərdarlıq edilmədən işdən çıxarılması ilə bağlı iddialar əsassız hesab edilib.

Ətraflı süjetdə:



Xəbər 1518 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +