200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


15.04.2025  10:37 

Vətəndaşla tikinti şirkəti arasında kompensasiya davası - Video





A+  A-

Bakıda yenə də vətəndaşla tikinti şirkəti arasında kompensasiya narazılığı yaşanır. Paytaxt sakini Siyavuş Əsgərov iddia edir ki, iki evi olduğu halda, tikinti şirkəti bir mənzilin kompensasiyasını ödəyir.

Onun sözlərinə görə, Yasamal rayonu Kazım Kazımzadə küçəsindəki həyət evləri plana düşüb. ``LUX RESİDENS`` tikinti şirkəti həmin ərazidəki sakinlərlə razılaşıb və kompensasiya etməklə ərazidəki evlərin sökülməsinə başlayıb.

Siyavuş Əsgərov iddia edir ki, həmin ünvanda onların 32 və 34 ünvanında iki evləri var, amma şirkət onlardan birinin ödənişini edir.

Tikinti şirkətinin direktoru Rəfael Mirzəyev isə bildirdi ki, ərazidə 30-a yaxın həyət evi var və həmin şəxslərlə ötən ilin iyun ayında razılığa gəlib mənzillərin sökülməsini icra edirlər.

O ki, qaldı Siyavuş Əsgərovun evinə Rəfael Mirzəyev də iddia edir ki, həmin şəxs və onun ailə üzvləri ilə razılıq ərizələri var.

Ətraflı Xezerxeber-in sujetində:



Xəbər 1263 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +