Bu ölkənin Prezidentindən Türkiyə ilə bağlı şok iddia...
60 min dollara boy uzatma elanları: Fəsadları nələrdir?
Hadrutun işğaldan azad olunduğu gündür
Məşhurlarla bağlı qərar verildi
Adnanın bu ölkədəki şirkəti ilə bağlı YENİ DETALLAR
Sözləri kimi yolları da yarımçıq: “Üzür”lə dolu Bakı -VİDEO
Prezident fərman imzaladı
Toral Bayramov “Şaxtyor”a gedir?
Azərbaycanda 2 vəkil fəaliyyətini dayandırdı
Rusiyadan bu ölkələrə təklif...- Təlim keçirək


19.05.2021  15:54 

İki sərhədçimizi qətlə yetirən iranlılardan birinin məhv edilməsinin TƏFƏRRÜATI - VİDEO





A+  A-

Bir neçə gün əvvəl DSX-nin iki hərbçisini qətlə yetirən İran İslam Respublikasının vətəndaşı bu gün Yardımlı rayonunun Zevin kənd sakinlərindən birinin evinə yaxınlaşan zaman yeri bəlli olub.
XəzərNews.az bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, DSX və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əməkdaşları tərəfindən məhv edilən İranlı Ağayi Əllahbəxş Bağış oğlu Yardımlı rayonunun Zevin kəndində Bağlar adlanan ərazidə gizlənibmiş.

O, bu gün səhər kənd sakinlərindən bir xanımın evinə yaxınlaşaraq çörək istəyib və beləliklə yerini bəlli edib. Xanım isə dərhal bu barədə kənd icra nümayəndəliyinə məlumat verib. Kənd icra nümayəndəliyi məsələ barədə dərhal Dövlət Sərhəd Xidmətinə və Daxili İşlər Nazirliyinə məlumat verib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində şəxsin yeri müəyyən edilib. O, təslim olmaqdan imtina edərək, silahlı müqavimət göstərdiyi üçün hərbi qulluqçularımız tərəfindən silah tətbiq edilməklə məhv edilib.

Hazırda rayonun Zevin kəndində sözügedən ərazidə əməliyyat-axtarış tədbirləri davam etdirilir. Təhlükəsizlik məqsədilə bütün qabaqlayıcı tədbirlər həyata keçirilir.



Xəbər 3481 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.10.2025  00:21 

Lənkəranda bıçaqlanma hadisəsi

09.10.2025  00:16 

Məşhurlarla bağlı qərar verildi

08.10.2025  17:05 

Prezident fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +