Prezident Sərdar Ayaz Sadiqi ilə görüşdü
AzerRos kimi təxribatçı adlandırır?
Mərkəzi Bankın milyonluq tenderi baş tutmadı
Vətəndaşın bu borcunu dövlət qaytaracaq
Tverdə azərbaycanlılar saxlanıldı
Tramp Maskın yeni partiyasına sərt reaksiya verib
Xaricdəki diplomatlarımız Bakıya çağırılıb
Yasamalda qəza, yollarda sıxlıq yarandı
Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi


02.06.2023  12:33 

Cümə günü...





A+  A-

Cümə günü haqqında hədislər

Quran: «And olsun şəhadət verənə və şəhadət verilənə.» (Buruc, ayə 3)

Allahın Peyğəmbəri (s):«Cümə günü günlərin ağasıdır və o Allah-taalanın yanında Qurban və Fitr günündən də hörmətlidir.» (Biharul-Ənvar, c.89, səh.267, hədis 5)

İmam Əli (ə):«Hər cümə günü öz ailə üzvlərinizə bir az təzə meyvə nübar edin ki, cümənin gəlməsindən sevinsinlər.» (Biharul-Ənvar, c.104, səh.73, hədis 24)

İmam Baqir (ə):« Həm xeyir, həm də şər cümə günü ikiqat artar.» (Biharul-Ənvar, c.89, səh.283, hədis 28)

İmam Baqir (ə):«Cümə günü sədəqə(nin savabı) ikiqat artar. Çünki, cümə günü digər günlərdən üstündür. (Səvabul-Ə’mal, səh.220, hədis 1)

İmam Sadiq (ə) (həmin ayənin təfsirindən): «Şəhadət verən cümə günü, şəhadət verilən isə Ərəfə günüdür.» (Məani əl-Əxbar, səh.299, hədis 18)

Cümə qüsulu

Allahın Peyğəmbəri (s):«Ey Əli! İnsanlar hər yeddi gündən bir özlərini yumalıdır. Buna görə də, hətta onun suyunu tədarük görmək üçün gününün yeməyini satıb ac qalmalı olsan belə hər cümə qüsl et! Çünki, cümə qüslundan üstün olan bir müstəhəb əməl yoxdur.» (Biharul-Ənvar, c.81, səh.129, hədis 18)

Xəbər 6921 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +