Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü
Aktrisa toyda qonaqlarla dava edib
İlham Əliyev Paşinyanla görüşdü


20.01.2025  15:10 

Qatarlar arasında interval AZALDILACAQ





A+  A-

Metroda sıxlığın azaldılması ən aktual problemlərdən biridir. Buna ilkin mərhələdə intervalın azaldılması yolu ilə nail olmaq mümkündür. Bunun üçün infrastrukturun təkmilləşdirilməsi vacibdir. Ən mühüm addımlardan biri Qırmızı xətt ilə Yaşıl xəttin birləşdiyi Cəfər Cabbarlı və 28 May stansiyalarında xətlərin ayrılmasıdır.

Xəzərnews.az xəbər verir ki, bunu jurnalistlərə açıqlaması zamanı “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov bildirib.

Onun sözlərinə görə, dünya praktikası da göstərir ki, xətlərin müstəqil fəaliyyət göstərməsi sıxlığın azaldılması üçün mühüm əhəmiyyət kəsb edir.

“İlkin planımıza əsasən, “28 May” və “Cəfər Cabbarlı” stansiyalarını ayırmaq nəzərdə tutulur. Belə ki, “Dərnəgül” stansiyasından gələn qatarlar “Xətai” stansiyasına qədər davam edəcək, “İçərişəhər” stansiyasından yola düşən qatarlar isə “Həzi Aslanov” istiqamətində hərəkət edəcək. Bununla intervalları qismən azaldacağıq”, - deyə “Bakı Metropoliteni” QSC-nin sədri vurğulayıb.

Hazırda Qırmızı və Yaşıl xətlərə yalnız bir, “Nərimanov” deposunun xidmət göstərdiyini deyən Vüsal Aslanov “Dərnəgül” deposunun istifadəyə verilməsi planlaşdırıldığını sözlərinə əlavə edib: “Bu depo istifadəyə verildikdən sonra Yaşıl xəttin müstəqil deposu olacaq. Növbəti tədbirlərimizdən biri “İçərişəhər” və “Xətai” stansiyalarında geridönüş tunellərinin təkmilləşdirilməsidir. Qatarların son stansiyaya çatdıqdan sonra dərhal geri qayıtması üçün texniki fasilə tələb olunur. Bu fasilə nə qədər qısa olarsa, intervallar bir o qədər azalar”.

V.Aslanov vurğulayıb ki, metroda sıxlığın azaldılması üçün dayanıqlı elektrik gərginliyinin təmin olunması da vacibdir: “Yeni nəsil vaqonlardan istifadə edirik və bu vaqonların enerji sərfiyyatı köhnə nəsil vaqonlardan daha çoxdur. Bu həllər növbəli qaydada idarə olunacaq. Yaxın gələcəkdə bu məsələlər həll olunduqca, qatarların intervalında müəyyən azalmaları hiss edəcəyik. Bu tədbirlər bütövlükdə bir il yarım, iki il ərzində davam edəcək və bütün xətt boyunca intervallarımızı iki dəqiqəyə qədər azalda biləcəyik”,- deyə sədr bildirib.

Xəbər 2583 dəfə oxunub.




16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +