Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


20.01.2025  10:19 

Azərbaycanda 200 manat kimlərə veriləcək?





A+  A-

Pensiyaçılara 200 manat əlavə yardımın ödənilməsi 2022-ci ildə tətbiq olundu. O zaman istehlak bazarında qiymətlərin kəskin artması səbəbindən cənab Prezident pensiyaçılara maddi yardım verilməsi ilə bağlı sənəd imzaladı. Həmin yardım da pensiya məbləğinə əlavə olundu və indeksləşdirildi.

XəzərNews.az xəbər verir ki, bu sözləri axar.az-a millət vəkili Vüqar Bayramov pensiyaçılara bu il də əlavə olaraq 200 manat maddi yardımın verilib-verilməyəcəyi məsələsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bununla bağlı Milli Məclisdə təklif səsləndirilib:

"Bu istiqamətdə təkliflər Milli Məclisdə müzakirələr zamanı təqdim olunub. O cümlədən Əmək və Sosial Siyasət Komissiyasının iclasında təqdim olunan təkliflərin biri məhz pensiyaçılara əvvəlki illərdə olduğu kimi yardımın verilməsi imkanının araşdırılması ilə bağlıdır. Sözsüz, bu istiqamətdə fiksal qiymətləndirmənin aparılması və buna uyğun olaraq qərarın verilməsi vacibdir".

Qeyd edək ki, ötən ilin noyabrına olan son statistik rəqəmlərə görə, Azərbaycanda təxminən 1 milyon 100 min pensiyaçı var.



Xəbər 2251 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +