Prezident Tiranaya işgüzar səfərə gedib
“İbrahim sazişləri”nə qoşulması Azərbaycana nə verə bilər?
Mehriban Ələkbərzadəyə 24 saat vaxt verildi - QALMAQAL
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Ağsaqqallar Şurası kimi saxta quruma nə ehtiyac var?
Putin İstanbula niyə getmədi? - Tramp açıqladı
Sayımız açıqlandı: Kim harada yaşayır?
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı oğlana ərə verilir?
Azərbaycanda yeni yubiley medalı təsis edilib
İran nüvə silahına malik ola bilməz - Tramp


25.09.2019  13:48 

Yaponiya və İran liderlərinin kritik görüşü





A+  A-

Yaponiyanın Baş naziri Şinzo Abe və İran prezidenti Həsən Ruhani Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 74-cü sessiyasının keçirildiyi Nyu-Yorkda bir araya gəliblər.
XəzərNews.az xarici mətbuata istinadən xəbər verir ki, görüş zamanı Abe İran ilə ABŞ arasındakı gərginliyin sülh yolu ilə aradan qaldırılacağından ümidli olduğunu dilə gətirərək, Ruhaninin daha öncə söylədiyi İranın sülhdən yana olduğu sözlərini bir daha siyasətçiyə xatırladıb.

Abe iyun ayında İranın dini lideri Ayətullah Əli Xomeyninin "Biz nüvə silahına qarşıyıq" şəklindəki açıqlamasından da ümidli olduğunu vurğulayaraq, İranın uran zənginləşdirmə səviyyəsini müəyyən limitin altında saxlamasını istəyib.

Ruhani də öz növbəsində Abenin iyun ayında Tehrana səfərindən məmnunluğunu dilə gətirib. Yaponiyanı "Asiyanın əhəmiyyətli bir ölkəsi və İranın köhnə dostu" olaraq xarakterizə edən Ruhani ikitərəfli və beynəlxalq regional problemlərin həlli üçün Abe ilə dialoqu davam etdirmək istədiyini söyləyib.

Xəbər 1502 dəfə oxunub.




15.05.2025  11:12 

Axşam Bakıda leysan olacaq

15.05.2025  10:12 

Şahdağa qar yağıb

14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma


BÜTÜN XƏBƏRLƏR +