Generalın oğlu İngiltərədə şirkət açdı - Foto
Kreml Azərbaycan diasporalarını “özəlləşdirir“ - ŞƏRH
Peskov prezidentlərin salamlaşmasını şərh etdi
Bakıda saxlanılan erməni məhbus intihara cəhd edib?
17 yaşlı qızın toyu ləğv edildi... - 32 yaşlı kişi ilə...
Prezidentin təyyarəsinə PUA təhlükəsi olub?
Avstraliya 14 rusiyalıya qarşı sanksiya tətbiq edib
Sürücü avtobusu idarə etməkdən niyə imtina edib?
“Unibank” məşhur jurnalistin başına oyun açdı
Sabahın hava proqnozu açıqlanıb


12.01.2024  14:58 

Bu blok qatar Çindən Bakıya 11 günə gəldi





A+  A-

30 dekabr 2023-cü il tarixində Çindən yola düşən blok qatarı 11 yanvar 2024-cü il tarixində ölkəmizə çatıb.

Xəzərnews.az ADY-na istinadən xəbər verir ki, ilin ilk blok qatarı həm də cəmi 11 günə mənzilbaşına çatdırılmaqla sözügedən dəhlizin əhəmiyyətini və rəqabətli olmasını bir daha göstərmiş olub.

Ümumilikdə 57 vaqondan ibarət blok qatarı vasitəsilə Çindən ölkəmizə əsasən elektromobillər, tikinti materialları, müxtəlif ölçülü borular və digər məhsullar çatdırılıb.

Qeyd edək ki, əldə olunmuş razılaşmaya əsasən Çin mənşəli yüklərin Orta Dəhlizlə daşınması və yük həcminin artırılması istiqamətində cari ilin yanvar ayında Azərbaycana 7 blok qatarla idxal məhsulları və 2 blok qatarla isə tranzit yüklərinin Avropaya yola salınması planlaşdırılır.

Çin mənşəli yüklərin Azərbaycana idxal olunması yerli sahibkarlığın inkişafına , o cümlədən tranzitt yüklərin Orta Dəhlizə təkrar qayıtması yeni yüklərin dəhlizə cəlb edilməsinə geniş imkanlar yaradacaq.

Qeyd edək ki, 2022-ci illə müqayisədə 2023-cü ildə daşınan universal konteynerlərin (TEU) həcmi 24 000 TEU artaraq 100 000 TEU-nu keçib ki, bu da 30% artım deməkdir. Bu artım konteyner idxalının 77%, ixracın isə 159% artmasının göstəricisidir.

ADY Orta Dəhliz üzrə yükdaşımaların həcminin artırılması və yeni yüklərin cəlbi istiqamətində 2023-cü ildə “Qazaxıstan Dəmir Yolu” SC və “Gürcüstan Dəmir Yolu” SC ilə paritet əsasda "Middle Corridor Multimodal Ltd." adlı birgə müəssisəni yaradıb.

Birgə müəssisə “bir pəncərə” prinsipi üzrə xidmətlərin göstərilməsinə, yüklərin çatdırılma müddətinə zəmanət verilməsinə və Çin–Avropa/Türkiyə–Çin istiqamətində multimodal xidmətin inkişafı üzrə razılaşdırılmış siyasətin həyata keçirilməsinə geniş imkan yaradacaq.

Xəbər 6603 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.09.2025  14:05 

AFFA bu klubları cərimələdi

03.09.2025  13:04 

Sabahın hava proqnozu açıqlanıb

03.09.2025  12:06 

Nazirə yeni müşavir təyin olundu

03.09.2025  10:19 

Tiktoker Xosrov həbs olundu


BÜTÜN XƏBƏRLƏR +