Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi
Polşa Azərbaycan U-19 millisini məğlub etdi


09.03.2022  14:38 

Zelenskinin NATO-ya çağırışı: ABŞ-dan yeni “barıtlı” qərar – TƏHLİL





A+  A-

Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ikinci həftəsində ABŞ Moskvadan artan təhdidlər fonunda Avropa səmasının təhlükəsizliyini gücləndirmək əzmini nümayiş etdirir.

ABŞ dünyanın silah bazarlarında və beynəlxalq hərb meydanında məşhur olan “Patriot” hava hücumundan müdafiə sistemlərinin iki batareyasını Polşaya yerləşdirmək barədə qərar qəbul edib.

“Patriot” ballistik raketlərə, qanadlı raketlərə və qırıcılara qarşı bütün hündürlükdə, istənilən hava şəraitində duruş gətirmək potensialında olan hava hücumundan müdafiə sistemidir.

Birləşmiş Ştatların hava hücumundan müdafiə qüvvələrinin onurğa sütunu hesab olunan olan “Patriot” 1991-ci ildə Körfəz müharibəsi zamanı məşhurluq qazanıb.

İndi “Patriot”ların yeni partiyasının Polşada yerləşdirilməsi Ukrayna Prezidenti Volodimir Zelenskinin NATO-ya çağırışları fonunda baş verir.

Zelenski qınaqqarışıq xahişlərlə israr edir ki, NATO Ukrayna səmasını Rusiya üçün bağlamalıdır, əgər bu, baş verərsə, NATO-nun hava hücumundan müdafiə kompleksləri Ukrayna səmasına soxulan Rusiya qırıcılarını, raketlərini vurar.

NATO isə soyuqqanlı yanaşır, bu riskə getmir, çünki onun atəş açdığı məkan Rusiyanın hədəfinə çevrilər.

Deməli, NATO özünün zenit-raket komplekslərinin Rusiya raketlərinə qarşı immunitetinə şübhə ilə yanaşır və bu normaldır. Ona görə özünü də bu səbəbdən münaqişənin tərəfinə çevirmir.

Ukraynadakı müharibənin alovlarının Avropaya keçməsi riski isə yüksək olaraq qalmaqdadır, əgər qığılcım Avropaya sıçrasa, o zaman NATO da münaqişə tərəfi olacaq və müharibə yeni fazaya keçəcək.

Digər tərəfdən, NATO ondan da ehtiyat edir ki, Rusiya cari situasiyada da Avropa məkanına zərbələr endirər, bu baxımdan Avropadakı “Patriot” raketlərinin sayını artırır.

“Patriot” dünyanın 18 ölkəsində qərar tutur – bu ölkələrdən bir neçəsi Avropa coğrafiyasındadır (Almaniya, Niderland, Yunanıstan, İspaniya, Rumıniya, İsveç və Polşa).
Ancaq hərbidə belə təcrübə də mövcuddur ki, hava hücumundan müdafiə sistemlərinin radarları hədəfi bəzən gec aşkarlayır, bu zaman isə artıq necə deyərlər, iş-işdən keçmiş olur.

“Patriot” özünün reputaasiyası üçün zərər olan belə təcrübəni yaşayıb – məsələn, Yəməndəki husi qruplaşması Səudiyyə Ərəbistanını raket atəşinə tutarkən.

Ancaq bu halları analoqsuz silahlar üçün də xarakterik ola bilər, he, bir silah mütləq müdafiə təmin etməyə bilər, ancaq “Patriot”ların sayının artması Rusiyanı Avropaya hücumlardan çəkindirən faktor rolunu oynayır.

Aqşin Kərimov


Xəbər 3017 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +