Qumar oyunları təşkil edən şəbəkə ifşa olundu - ƏMƏLİYYAT
Onlar üçün ictimai nəqliyyat pulsuz ola bilərmi?
Gəlirlər 38.4, xərclər isə 41.5 milyard manat: Fərqi necə qapadacağıq?
Rusiya Ukraynaya yüzlərlə meyit qaytardı
Mourinyo rəsmən “Benfika”ya gəldi
Eyfel qülləsi bağlanıb
“Papa Johns“dan “papadias” aldı, içindən görün nə çıxdı?
Kişi olmadığını məhkəmədə sübut edəcək
Hökmran mövqe verilməsi yolverilməzdir - Ekspert
“Parkovşik“ işləyən futbolçu...


13.08.2021  13:58 

Rusiyalı siyasətçidən hədələyici sözlər: “Bakını ağır söhbət gözləyir”





A+  A-

Rusiyalı siyasətçi, Rusiya Əfqanıstan Veteranları İttifaqının rəhbəri Frank Klintseviç Azərbaycanın ünvanına hədələyici sözlər deyib.
XəzərNews.az xəbər verir ki, Federasiya Şurasının və Dövlət Dumasının keçmiş üzvü eks-səfir İsfəndiyar Vahabzadənin Rusiyanın ünvanına işlətdiyi sözlərə görə rəsmi Bakıdan cavab tələb edib.

“Fikrimcə, bu insan xüsusi xidmət orqanları ilə əlaqəlidir. O, riskə gedib. Çünki onun açıqlaması nə İlham Əliyevə, nə də Azərbaycan xalqına lazım deyil. Eyni vaxtda, keçmiş Əfqanıstan döyüşçüsü kimi “işğalçılıq borcu” sözünü eşitməkdən hiddətlənmişəm”.

Klintseviç Azərbaycana açıq təhdidlər səsləndirməkdən də çəkinməyib.

“Rusiyanın vəziyyətə təsir etmək üçün kifayət qədər rıçaqı var. Rusiyada işləyən azərbaycanlılar ölkələrinin yarısını salxayır. Bu kimi ifadələr rəsmi şəxslər tərəfindən də səslənərsə, dərhal vəziyyəti qaydasına qoyacağıq. Belə olan halda Bakını ağır söhbət gözləyir və bunun nəticələrini onlar təsəvvür belə edə bilməzlər. Amma yaxşı ki, Rusiyadakı azərbaycanlı elitanın əksəriyyəti Rusiya pasportu daşıyır və bu pasportun qədrini bilir”, -deyə Klintseviç söyləyib.

Xatırladaq ki, Frank Klintseviç hazırda iqtidarda olan “Vahid Rusiya” partiyasının Ali Şurasının üzvüdür. O 2020-ci ilin sentyabrında Federasiya Şurasının senatoru vəzifəsindən azad olunub.

Xəbər 3655 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.09.2025  16:18 

Eyfel qülləsi bağlanıb

18.09.2025  13:02 

Prezident Marta Kosu qəbul edib

18.09.2025  10:15 

“Netflix“ Bakıya gəlir

17.09.2025  17:57 

Hərbçimiz qəzada həlak olub


BÜTÜN XƏBƏRLƏR +