Yol Polisi sürücülərə müraciət etdi
NATO Rusiyaya qarşı... - Siyasi vəziyyəti dəyişir
Dönərin içindən şüşə qırıntısı çıxdı - “Bir-İki dönər“də
Kəlbəcərdə “Mercedes“ dərəyə aşdı
Putin Trampı imicinə zərbə vurur - Politoloq
16 yaşlı qıza təcavüz edənlər saxlanıldı
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
“AA“ seriyalı “Land Rover“ini sürən yeniyetmə...
Hikmət Hacıyev ABŞ-da... - Görüşlər keçirir
Bu, müharibə aktıdır - Co Vilson


01.04.2021  08:53 

DÇ-2022-də gecənin nəticələri





A+  A-

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində 3-cü tura yekun vurulub.
XəzərNews.az xəbər verir ki, B, C, D, F, I və J qrupları üzrə daha 15 qarşılaşma baş tutub.

B qrupunda yer alan İspaniya yığması Kosovonu sınağa çəkib və inamlı qələbə qazanıb. Gürcüstan millisi səfərdə Yunanıstanla heç-heçəyə nail olub.

İktisiz irəliləyən İtaliya yığması bu dəfə səfərdə Litva üzərində inamlı qələbəyə sevinib. Şimali İrlandiya isə Bolqarıstanla heç-heçəyə razılaşıb.

D qrupunda Fransa yığması Bosniya və Herseqovinanın qonağı olub və minimal hesabla qalib gəlib. Ukrayna isə Qazaxıstanla oyundan 1 xalla ayrılıb.

F qrupunda Avstriya Danimarkanı, Moldova İsraili, Şotlandiya Farer adalarını qəbul edib. Şotlandlar evdə, İsraillə Danimarka isə səfərdə darmadağına sevinib.

İlk iki oyunundan qalib ayrılan İngiltərə yığmasını bu dəfə Polşa ilə ev oyununda 3 xal qazanıb. Qrupun digər oyunlarına gəlincə, Andorra Macarıstanla, San Marino Albaniya ilə qarşılaşıb. Hər iki oyunda autsayderlər doğma meydanda məğlubiyyətə üzülüblər.

J qrupunda Almaniya yığması Şimali Makedoniyanı sınağa çəkib və gözlənilməz məğlubiyyətlə üzləşib. Ermənistan bu tur Rumıniyanı məğlub edibsə, Lixtenşteyn İslandiyaya uduzub.

DÇ-2022-nin seçmə mərhələsi
31 mart

B qrupu

İspaniya – Kosovo 3:1
Qol: Olmo, 34. Torres, 36. Moreno, 75 – Halimi, 70.

Yunanıstan – Gürcüstan 1:1
Qol: Kakabadze, 76-öz qapısına – Kvaratsxeliya, 78.

İspaniya – 7, İsveç – 6, Yunanıstan – 2, Gürcüstan – 1, Kosovo – 0.

C qrupu

Litva – İtaliya 0:2
Qol: Sensi, 47. İmmobile, 90+4-pen.

Şimali İrlandiya – Bolqarıstan 0:0

İtaliya – 9, İsveçrə – 6, Bolqarıstan – 1, Şimali İrlandiya – 1, Litva – 0.

D qrupu

Bosniya və Herseqovina – Fransa 0:1
Qol: Qrizmann, 60.

Ukrayna – Qazaxıstan 1:1
Qol: Yaremçuk, 20 – Mujikov, 59.

Fransa – 7, Ukrayna – 3, Finlandiya – 2, Bosniya və Herseqovina – 1, Qazaxıstan – 1

F qrupu

Avstriya – Danimarka 0:4
Qol: Olsen, 58; 74. Mehle, 63. Hoybyerq, 67.

Moldova – İsrail 1:4
Qol: Karp, 29 – Zahavi, 45+2. Solomon, 57. Dabbur, 64. Natxo, 66.

Şotlandiya – Farer adaları 4:0
Qol: Makqinn, 7; 53. Adams, 60. Freyzer, 70.

Danimarka – 9, Şotlandiya – 5, Avstriya – 4, İsrail – 4, Farer adaları – 1, Moldova – 1.

İ qrupu

Andorra – Macarıstan 1:4
Qol: Puyol, 90+2-pen – Fiola, 45+2. Qazdaq, 51. Kleynhaysler, 58. Neqo, 90.

İngiltərə – Polşa 2:1
Qol: Keyn, 19-pen. Maquayr, 85 – Moder, 58.

San Marino – Albaniya 0:2
Qol: Manaj, 63. Uzuni, 85.

İngiltərə – 9, Macarıstan – 7, Albaniya – 6, Polşa – 4, Andorra – 0, San Marino – 0

J qrupu

Ermənistan – Rumıniya 3:2
Qol: Spertsyan, 56. Haroyan, 87. Barseqyan, 89 – Çikaldau, 62; 72.

Almaniya – Şimali Makedoniya 1:2
Qol: İ.Gündoğan, 83-pen – Pandev, 45+2. Elmas, 85.

Lixtenşteyn – İslandiya 1:4
Qol: Frik, 79 – Saevarsson, 12. Byarnason, 45+1. Pallson, 77. Siquryonsson, 90+2-pen.

Ermənistan – 9, Almaniya – 6, Şimali Makedoniya – 6, Rumıniya – 3, İslandiya – 3, Lixtenşteyn – 0.

Xəbər 3304 dəfə oxunub.



10.09.2025  10:33 

Bu, müharibə aktıdır - Co Vilson

09.09.2025  20:27 

Leysan yağacaq, şimşək çaxacaq

09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +