Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb
Piyadanı vuran sürücünü döydülər
Azərbaycanın neft zavodu Rusiyaya görə sanksiyaya məruz qaldı
AYNA-nın yığdığı pullar hara gedir, hara xərclənir? - Deputatdan açıqlama
Avtobuslara 15 faiz idxal gömrük rüsumu müəyyənləşib
Prezident bu yolların tikintisi ilə bağlı pul ayırdı
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb
Gəlinini döyən qayınana cəzalandırılıb


07.10.2020  16:04 

“Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir” - Ruhani





A+  A-

İran Prezidenti Həsən Ruhani Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında baş verən hərbi əməliyyatlardan narahat olduğunu ifadə edib.
XəzərNews.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, o, Tehranda Nazirlər Kabinetinin görüşündən sonra jurnalistlərə verdiyi müsahibədə rəsmi Bakı ilə İrəvan arasındakı qarşıdurmanın genişmiqyaslı regional qarşıdurmaya səbəb ola biləcəyini qeyd edib.

“Bölgəmiz çox həssas və əhəmiyyətlidir. Şəhər və kəndlərin təhlükəsizliyini təmin etmək lazımdır. Qarabağdakı müharibə sərhədlərimizdə aparılır. Mərmilər də ərazimizdə partlayır və bu, yolverilməzdir.

Önəmli olan budur ki, bu müharibə regional müharibəyə çevrilməməlidir. Hamı reallığı qəbul etməli, hamı ölkələrin ərazi bütövlüyünə və hüquqlarına hörmətlə yanaşmalıdır”, - deyə Ruhani qeyd edib.

İran Prezidenti bildirib ki, heç bir məsələ müharibə ilə həll olunmur, başqa yollar da mövcuddur: “Bir daha Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin vacibliyini vurğulayırıq, Azərbaycan xalqının hüquqlarına hörmət edilməlidir. Eyni zamanda müharibə və qan tökülməsi ilə heç bir münaqişə həll edilə bilməz. Alternativ bir yol tapmalıyıq”.



Xəbər 3657 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +