Azərbaycanda təhsil jurnalistikasına ehtiyac artır - Ekspert
Əsgərin ölümünə görə həbs edilən zabitlər azadlığa buraxıldılar
Sabahın hava proqnozu açıqlanıb
Tarixi hamamdan qanunsuz istifadənin qarşısı alınıb
“Formula 1”ə görə bəzi məktəblərdə tədris onlayn olacaq
Netanyahu məsuliyyətə cəlb olunsun - Əl Tani
“Habertürk” və “Show TV”yə həbs qoyuldu
“Barama“ bağçasında azyaşlı zorakılığa məruz qaldı
20 yaşlı ana doğuş zamanı öldü
Polşanın daxili işlər naziri Belarusla sərhədi bağladı


07.03.2025  11:17 

Vəzifəli şəxsin qardaşını öz oğlü öldürübmüş





A+  A-

Biləsuvar rayonunda ölümlə nəticələnən bədbəxt hadisənin təfərrüatı məlum olub.

XəzərNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, martın 6-sı saat 21 radələrində 1995-ci il təvəllüdlü Eyvaz Bağırlının yaşadığı Təzəkənd kəndindəki evdə tüfənglə ehtiyatsız davranması nəticəsində atəş açılıb. Güllə onun 1968-ci il təvəllüdlü atası İqbal Bağırova dəyib.

Xəstəxanaya yerləşdirilən İ.Bağırov orada ölüb, oğlu saxlanılıb.

Ondan müvafiq sənədləri olmayan nömrəsi silinmiş “İJ-58” markalı ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ilkin məlumatlarda İqbal Bağırovun özünün ehtiyatsızlıqdan atəş açdığı və bu zaman güllə xəsarəti alaraq öldüyü bildirilirdi. Mərhum Təzəkənd kənd icra nümayəndəsinin qardaşıdır və pambıqtoplama məntəqəsində çalışırmış.

Xəbər 2571 dəfə oxunub.




11.09.2025  12:47 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +