Diqqət: Çaylardan sel keçəcək
Referendum niyə lazımdır? - Şərh
İsrail ordusu Qəzzanı boşaldır
Məktəb direktorunun diplomu saxtadır? - İDDİA
Yasamalda bu yollar bağlanır - Rəsmi
AZAL “Airbus A320neo” tipli sərnişin təyyarəsi aldı
Pensiyalarda artım olacaq... - Vaxt açıqlandı
Mətbuat Xidmətinin rəhbəri böyük köməkçi oldu
Ukraynalıların əksəriyyəti Zelenskiyə güvənir – Sorğu
“Formula 1“də birinci sərbəst yürüş dayandırılıb


27.03.2023  16:16 

Bakıda piyada keçidi sökülür - Səhv yerdə tikilbmiş





A+  A-

Koroğlu Rəhimov küçəsində icazəsiz tikilən yerüstü piyada keçidi sökülür. Sosial şəbəkələrdə söküntü prosesini əks etdirən görüntülər yayılıb.

XəzərNews.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli “Report”un sorğusuna cavab olaraq, bildirib ki, sözügedən piyada keçidi sökülərək zəruri olan başqa ərazidə quraşdırılacaq.

“Bakının Nərimanov rayonunun Koroğlu Rəhimov küçəsində işıqforla tənzimlənən piyada zolağı yaradıldığı üçün yerüstü piyada keçidinin inşası məqsədəuyğun hesab edilməyib”.

Yayılan kadrlardan da göründüyü kimi, sökülməsi barədə qərar verilənədək piyada keçidində xeyli iş görülüb. Bəs görəsən bu müddətdə aidiyyəti qurumlar məsələyə niyə müdaxilə etməyib?

Suallarımıza Agentliyin aidiyyəti şöbəsindən cavab ala bilmədik.

Digər tərəfdən bu məsələ ilə bağlı məsuliyyət daşıyanlar barədə müvafiq hüquqi tədbirlərin görülüb-görülmədiyi ilə bağlı məlumat almaq istəsək də, Baş Prokurorluğun aidiyyəti bölməsindən zənglərimizə cavab verilmədi.



Xəbər 2774 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.09.2025  17:32 

Diqqət: Çaylardan sel keçəcək


BÜTÜN XƏBƏRLƏR +