Arvadından boşanan 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz etdi
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi
Polşa Azərbaycan U-19 millisini məğlub etdi
ABŞ Rusiya, Çin və İrana qarşı olan layihədən çıxır?
Zelenski: Putin hazırda zəif vəziyyətdədir


05.09.2021  13:49 

Leysan yağacaq, dolu düşəcək, sel gələcək - Xəbərdarlıq





A+  A-

Ekologiya və Təbii sərvətlər Nazirliyi hava şəraitinin dəyişməsi barədə xəbərdarlıq edib.
XəzərNews.az-ın məlumatına görə, bildirilib ki, sentyabrın 6-sı axşamdan 8-i səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 7-si axşam, 8-i gecə yarımadanın bəzi yerlərində arabir 27 m/s-dək güclənəcəyi, arabir yağış yağacağı gözlənilir.

Şimşək çaxacağı ehtimalı var.

Azərbaycanın rayonlarında sentyabrın 6-sı axşamdan 8-i gündüzədək bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv, Lənkəran-Astara zonasında isə güclü olacağı ehtimalı var. Əsasən, dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi istisna olunmur.

Qərb küləyinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. Çaylarda sululuğun artacağı,bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Xəbər 4302 dəfə oxunub.




09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +