“İş bağlanıb, hara istəyirsən şikayət elə!”
Rusiya paraflanmış sazişə nikbin yanaşır - Overçuk
Overçuk Azərbaycanda saxlanılan ruslardan danışdı
DİM yeni tələbə olanlara müraciət etdi
Astara İcra Hakimiyyətinin tenderi ləğv edilib
İcra başçısını söydü, 100 manat cərimə olundu
ABŞ prezidenti mənə evakuasiya təklifi etdi - Zelenski
Avqustda 39 kiberhücum müəyyən olunub
Putin və Zelenski danışıqlara hazır deyillər - Tramp
Yeniyetmə su kanalında boğulub


10.03.2020  12:32 

Yeni spiker seçildi - Sahibə Qafarova kimdir?





A+  A-

Bu gün Yeni Azərbaycan Partiyası tərəfindən deputat Sahibə Qafarovanın Milli Məclisə sədr kimi namizədliyi irəli sürülüb və o, 116 səs lehinə olmaqla parlamentin yeni spikeri seçilib.
XəzərNews.az xəbər verir ki, S. Qafarova müstəqillik tariximizdən bəri parlamentə rəhbərlik edəcək ilk xanım deputatdır.

Belə ki, I çağırışdan sonra V çağırışa kimi parlamentə kişi namizədlər rəhbərlik edib. Bildirək ki, parlamentə iki çağırış Murtuz Ələsgərov, üç çağırış isə Oqtay Əsədov rəhbərlik edib. İlk dəfə seçilən xanım spiker Sahibə Qafarova isə IV və V çağırış Milli Məclisin deputatıdır. O, 2004-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Eyni zamanda, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvüdür. 2015-2017-ci illərdə AŞPA-nın “Qadınlara qarşı zorakılıqla mübarizə” üzrə Baş məruzəçisi olub. Həmin qurumun “Qadınlara qarşı zorakılıqla yox!” şəbəkəsinin siyasi koordinatoru və rəhbəri vəzifəsində çalışıb. 2016-2017-ci illərdə AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri olub. Həmin illərdə AŞPA-nın Büro üzvü olub. 2018-ci ildən AVRONEST Parlament Asseambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir. Bundan əlavə, xanım spiker Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondun himayəçilik şurasının üzvüdür.

Professor Qafarova Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektorudur. İki ali təhsili olan xanım spiker o vaxtki M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu və Azərbaycan Dillər Universitetini (ingilis filologiyası üzrə) fərqlənmə diplomları ilə bitirib. Qeyd edək ki, S. Qafarova 1955-ci il təvəllüdlüdür.

Hazırda onun 65 yaşı var. O, parlamentdə 98 saylı Şəmkir şəhər seçki dairəsini təmsil edir.

Xəbər 2986 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.09.2025  10:00 

Yeniyetmə su kanalında boğulub

03.09.2025  14:05 

AFFA bu klubları cərimələdi

03.09.2025  13:04 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +