Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb
Piyadanı vuran sürücünü döydülər
Azərbaycanın neft zavodu Rusiyaya görə sanksiyaya məruz qaldı
AYNA-nın yığdığı pullar hara gedir, hara xərclənir? - Deputatdan açıqlama
Avtobuslara 15 faiz idxal gömrük rüsumu müəyyənləşib
Prezident bu yolların tikintisi ilə bağlı pul ayırdı
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb
Gəlinini döyən qayınana cəzalandırılıb


13.05.2019  18:25 

Müəllimləri intihara cəhd edən məktəblidən danışdı





A+  A-

Müəllimlərin təzyiqinə görə intihara cəhd etdiyi deyilən 109 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi F. Ə.-nin müəllimləri danışıb.
XəzərNews.az-ın məlumatına görə, onlar “Qafqazinfo”ya bildiriblər ki, haqlarında səsləndirilən ittihamlar tam yanlışdır. Şagirdin Azərbaycan dili və ədəbiyyat müəllimi və sinif rəhbəri olan Bahar Haqverdiyevanın sözlərinə görə, şagirdinin bu hərəkəti onun üçün gözlənilməz olub: “Onun belə bir addım atmasına hələ də inana bilmirəm. Valideyni də vaxtaşırı məktəbdə olurdu. Bu dərs ilində fənlər üzrə qiymətlərində kəskin fərqlər olmamışdı. Özünün çalışqanlığı və intizamı yerində olsa da, kiçik diqqətsizlik və laqeydlik səbəbindən bəzi fənlərdən zəif nəticələri də olurdu. Bunlarla bağlı tövsiyələrimi özünə və valideyninə də bildirmişdim. Həmin gün də dərsdən çox sakit halda evlərinə getdiyini söyləyir müəllimlər. Evə gedəndən sonra belə bir addım atması mənim üçün çox gözlənilməz oldu və onun bu hərəkəti məni dərindən kədərləndirdi. Uşaqlarla da normal ünsiyyət qurmağa meyillidir”.

Məktəbin informatika müəllimi Nigar Məmmədova bildirib ki, hadisədən sonra xəstəxanaya gedib şagirdinin vəziyyəti ilə maraqlanıb: “O, çox düşüncəli, müəllimlərlə səmimi bir qızdır. Həmçinin müəllimlərin də ona münasibəti çox yaxşıdır. Məktəb rəhbərliyi, sinif rəhbəri və məktəbin digər əməkdaşları ilə birgə evlərinə də getdik, onunla xeyli söhbət etdik, mənəvi-psixoloji dəstək göstərdik. Bu görüşdə şagirdimiz də bizdən ötrü çox darıxdığını və etdiyi hərəkətdən çox peşman olduğunu bildirdi”.

Qeyd edək ki, F.Ə. mayın 1-də atasının istifadə etdiyi əsəb əleyhinə olan dərman həblərini qəbul edərək intihara cəhd edib.

Xəbər 3199 dəfə oxunub.




05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +