XİN Dohaya hücuma dair açıqlama yaydı
Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi


06.02.2018  17:43 

Hakim komandada yeni GÜC – Kərəm Həsənov





A+  A-

Son günlər Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovla bağlı bəzi media orqanlarının yazdıqları öz təsdiqini tapmır: yəni Kərəm Həsənov “vurulanlar” deyil, “güclənənlər” sırasında qərar tutur.
Əslində Kərəm Həsənov ötən müddətdə “vurulması”na səbəb olacaq addım atmayıb. Prezident İlham Əliyevə sədaqəti və işində problemsiz irəliləməsi yazılanların əslində həqiqətə uyğun olmadığını göstərir.
Bu günlərdə artıq 7 aya yaxındır boş qalan Yasamal rayon İcra Hakimiyyətinə başçı vəzifəsinə Cəlilabadın keçmiş İcra Başçısı Əziz Əzizovun təyinatı Kərəm Həsənovun güclənməsinə işarədir. Əlbəttə, Yasamal kimi böyük bir rayona əyalətdə çalışan birinin təyinatı heç də sadə deyil. Hansı ki, 7 aydır Yasamala KİMİN və yaxud da KİMİN ADAMInın İcra Başçısı təyin olunacağı səbirsiliklə gözlənilirdi. Hətta gərkin mübarizənin də getdiyi bildirilirdi. Nəticə odur ki, bu mübarizədə Kərəm Həsənov qalib çıxdı.
Kərəm Həsənovun güclənməsini təsdiqləyən ikinci bir fakt isə icra başçısı vəzifəsi boşalan Cəlilabad rayonuna bu gün təyin olunan Namiq Rəsul oğlu Zeynalovdur. Namiq Zeynalov bu təyinatadək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsində çalışıb. Rəis müavini vəzifəsindən əvvəl isə Namiq Zeynalov 13 saylı Şirvan Ərazi İdarəsinin rəisi vəzifəsini icra edib. Deməli, N.Zeynalov bilavasitə Kərəm Həsənovun kadrı olub və onun təqdimatı ilə Cəlilabad rayonuna İcra Başçısı göndərilib.
Qeyd edək ki, Kərəm Həsənovun qardaşı Malik Həsənov da Cəlilabad rayonundan deputat seçilib.

Elçin

Xəbər 6627 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.09.2025  20:27 

Leysan yağacaq, şimşək çaxacaq

09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +