Generalın oğlu İngiltərədə şirkət açdı - Foto
Kreml Azərbaycan diasporalarını “özəlləşdirir“ - ŞƏRH
Peskov prezidentlərin salamlaşmasını şərh etdi
Bakıda saxlanılan erməni məhbus intihara cəhd edib?
17 yaşlı qızın toyu ləğv edildi... - 32 yaşlı kişi ilə...
Prezidentin təyyarəsinə PUA təhlükəsi olub?
Avstraliya 14 rusiyalıya qarşı sanksiya tətbiq edib
Sürücü avtobusu idarə etməkdən niyə imtina edib?
“Unibank” məşhur jurnalistin başına oyun açdı
Sabahın hava proqnozu açıqlanıb


19.12.2017  10:37 

Bağlanmış bankların əmlakı satışa çıxarılır - SİYAHI





A+  A-

Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan bir sıra bankların balansındakı əmlakı satışa çıxarır.
Əmanətlərin Sığortalanması Fondunun mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, ləğv prosesində olan bir sıra bankların balansındakı daşınan və daşınmaz əmlak hərrac yolu ilə satılacaq.

Belə ki, ləğv prosesində olan QSC “Standard Bank” KB-nin balansında olan 1 (bir) ədəd “Daewoo Nexia”, 6 (altı) ədəd “Mitsubishi Lancer”, 6 (altı) ədəd “Toyota Corolla”, 1 (bir) ədəd “Toyota Avalon”, 3 (üc) ədəd “Hyundai Accent” markalı minik avtomobilləri, 1(bir) ədəd “Fiat Doblo Cargo” və 1 (bir) ədəd “Mersedes-815” yük avtomobilləri, 2 (iki) ədəd bankomat və 1 (bir) ədəd embosser satışa çıxarılır.

Ləğv prosesində olan “Atrabank” ASC-nin balansında olan 1 (bir) ədəd “Ford Focus”, 1 (bir) ədəd “Mitsubishi Pajero” markalı minik avtomobilləri və 2 (iki) ədəd embosser hərraca çıxarılır.

Bundan başqa, ləğv prosesində olan “Kredobank” ASC-nin balansında olan qeyri-yaşayiş sahəsi və ləğv prosesində olan “Texnikabank” ASC-nin balansında olan bag evi satışa çıxarılır.

Hərrac açıq formada Azərbaycan Respublikası Xammal və Əmtəə Birjasında (Bakı şəh, İ.Hidayətzadə küç, 156(20A) 1933-cü məh. Ünvanda) 16.01.2018-ci il tarixində saat 11:00 da keçiriləcək.

Xəbər 2595 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.09.2025  14:05 

AFFA bu klubları cərimələdi

03.09.2025  13:04 

Sabahın hava proqnozu açıqlanıb

03.09.2025  12:06 

Nazirə yeni müşavir təyin olundu

03.09.2025  10:19 

Tiktoker Xosrov həbs olundu


BÜTÜN XƏBƏRLƏR +