Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı


10.06.2022  18:51 

Akif Çovdarovun əmlakı geri qaytarılacaq?





A+  A-

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və Səlim Məmmədovun əmlakları üzərinə qoyulan həbsin götürülməsi tələbi ilə bağlı məhkəmə başlayır.

XəzərNews.az APA-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində iş icraata götürülüb.

Akif Çovdarov və Səlim Məmmədovun əmlakları barədə məsələyə hakim Habil Məmmədovun sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, A.Çovdarov və digərləri 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Onların əmlaklarının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib.

Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə Akif Çovdarov 2020-ci ildə, Səlim Məmmədov isə ötən ay azadlığa buraxılıb.

Bir müddət əvvəl Ali Məhkəmə Akif Çovdarov və Səlim Məmmədovun müsadirə olunan əmlaklarının geri qaytarılması ilə bağlı kassasiya şikayəti üzrə qərar elan edib. Qərara əsasən, kassasiya şikayətinin əmlaklarla bağlı hissəsi təmin olunub, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Xəbər 3625 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +