Tanınmış azərbaycanlı şair VƏFAT ETDİ
Qazinin çimərlikdəki obyektini niyə söküblər? - RƏSMİ AÇIQLAMA
Rusiyadakı Azərbaycan diasporu LƏĞV OLUNA BİLƏR
Suriyada atəşkəsə qədər 700-dən çox adam ölüb
Prezidentdən cərimələrlə bağlı vacib FƏRMAN
Rayonlarda leysan yağıb, şimşək çaxıb
Ukraynada daha bir azərbaycanəsilli hərbçi həlak olub
Xadimələrə maşınını yudurdan direktor işdən çıxarılıb
Beyləqanda həkimi şantaj etməklə pul tələb edənlər...
Xətai rayonunda ağır yol qəzası baş verib


20.02.2017  11:00 

Füzulinin icra başçısı kənd sakinləri ilə görüş keçirdi





A+  A-

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev həftə sonu Kürdmahmudlu, Alıxanlı, Araz Dilağarda və Araz Zərgər kəndlərində olmuş, vətəndaşlarla görüşüb, onlarla söhbət edib, problem və qayğılarını dinləyib.
Füzuli RİH-dən XəzərNews.az-a verilən məlumata görə, görüş zamanı Alı Alıyev Kürdmahmudlu, Alıxanlı, Araz Dilağarda və Araz Zərgər kəndlərində yaşayan məcburi köçkünlərə elektrik enerjisi və qazdan istifadə zamanı israfçılığa yol verməməyi tövsiyə edib. Alı Alıyev həmin kəndlərdə pambıqçılıq və baramaçılığın inkişaf etdirilməsi, kənd sakinlərinin həyətyanı və pay torpaq sahələrindən istifadəsi ilə maraqlanıb, heyvandarlıq və bostan-tərəvəz məhsullarının istehsalı ilə məşğul olan ailələrlə görüşüb, onlara məsləhət və tövsiyələrini verib.
Görüşlərdə qeyd olunub ki, Kürdmahmudlu, Alıxanlı, Araz Dilağarda və Araz Zərgər kəndlərində yaşayan əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi və heyvandarlıq təşkil edir. Hazırda sözügedən kəndlərdə pambıq əkini payız şumu aparılıb, barama saxlayacaq kümçülər müəyyənləşdirilib, həyətyanı torpaq sahələrində kartof əkininə başlanılıb, bostan-tərəvəz məhsullarının yetişdirilməsi üçün isə işlərə başlanılıb.
Görüşlərdə bildirilib ki, Kürdmahmudlu, Alıxanlı, Araz Dilağarda və Araz Zərgər kəndlərinin işıq, su, qaz və yol ilə bağlı sosial problemləri tam həll olunub. Kəndlərdə məktəb, uşaq bağçası, xəstəxana, kitabxana, poçt məntəqəsi, mədəniyyət evi fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub.
Yerlərdə keçirilən görüşlər zamanı görülən işlər, görülməsi planlaşdırılan məsələlər vətəndaşlarla birgə müzakirə olunur, ictimai nəzarət qaydasında mövcud nöqsan və çatışmazlıqlar əhali ilə birgə həll olunur.
Görüşlərdə Füzuliyə və füzulililərə göstərdiyi diqqət və qayğıya görə məcburi köçkünlər Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Xəbər 4390 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +