Bakıda və Abşeronda leysan yağır
“Faktor Lizinq“ şirkətinin fəaliyyətində... - Şikayət
Aqşin Fatehin restoranı cərimələndi - VİDEO
Anasından oğurlayıb arvadına göndərdi
“Mehdiyevin işi üzrə bir çox şəxslər istintaqa cəlb edilib“ - Deputatdan açıqlama
Əli Kərimli həbsdə qaldı - Məhkəmə
ADDA ilə bp Azərbaycan arasında Əməkdaşlıq Sazişi imzalandı - Foto
Nazirliyin sabiq şöbə müdirinin milyonluq sərvəti - Siyahı
Ukrayna: Rusiya ordusunda intihar hallarının sayı 400-ə yaxınlaşır
İrandan idxal edilən konfetdə uyğunsuzluq aşkarlanıb


06.12.2025  15:08 

Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”





A+  A-

Xəbər verdiyimiz kimi, “Avant Qrup” MTK-nın “Avant Park” layihəsindən mənzil alan yüzlərlə sakin ödədiyi məbləğin ƏDV-sinin 30 faizinin geri qaytarılması məsələsində ciddi problem yaşayır. Sakinlər pozulmuş hüquqlarının bərpası üçün “Avant Park” ofisi qarşısına toplaşaraq mətbuata açıqlamalar verir, cəmiyyətin və dövlətin müvafiq qurumlarının diqqətini problemə yönəltməkdə davam edirlər. Onlar iddia edir ki, Prezidentin 25 may, 2022-ci il tarixli Fərmanından dərhal sonra “Avant Qrup” MTK-ya müraciət etsələr də MTK-nın məsul şəxsləri sakinlərə ödənişləri yalnız bir hesaba ödənilməsini tapşırıb və ƏDV depozit hesabı açmağa imkan verməyib. Ödənişlər bitdikdən sonra Dövlət Vergi Xidməti sakinlərə çatacaq ƏDV-ni geri qaytarmır. Səbəb kimi isə ödənişlərin MTK-nın sakinlərə təqdim etdiyi bir hesaba köçürülməsidir.

XəzərNews.az əməkdaşı “Sizcə, burada əsas iqtisadi məsuliyyət kimdədir: qaydanı izah etməyən MTK-da, yoxsa nəzarət mexanizmini tətbiq etməyən vergi orqanında? Yəni mənzil satışında ƏDV-nin ayrıca depozit hesabına köçürülməsi tələbini MTK-nın alıcıdan gizlətməsi iqtisadi baxımdan nə deməkdir? Bu, istehlakçı hüququnun, yoxsa vergi intizamının pozulmasıdır?” sualı ilə hüquqşünas Əkrəm Həsənova müraciət edib.



Ə.Həsənov bildirib ki, bu məsələdə əsas məsuliyyət MTK-nın üzərindədir:

“Amma ƏDV hər bir halda dövlətə ödənilir, yəni MTK-da qalmır. Lap belə MTK düzgün göndərməyib, amma fakt odur ki, ƏDV dövlətə çatıb. Dövlət də MTK-nın ödədiyi pulun müvafiq hissəsini sakinlərə qaytarmalıdır. Yəni, burada məsələni qəlizləşdirməyin mənası yoxdur”.



Ə.Həsənov əlavə edib ki, Dövlət Vergi Xidməti bu problemdən çıxış yolu tapmalı, sakinlərin pulunu ödəməlidir:

“Təəssüf ki, vergi orqanı istənilən səhf əməliyyatda bəhanə axtarır ki, pulu qaytarmasın”.

İsmayil Rəhimoğlu
XəzərNews.az



Xəbər 1031 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.12.2025  14:46 

DTX casusları yaxaladı - Video

10.12.2025  12:52 

Sabahın havası açıqlandı

10.12.2025  12:18 

“Jasmin Park“da faciə - Video


BÜTÜN XƏBƏRLƏR +