Təzəxən Mirələmli də saxlanılıb
“Helios Airways” “kabus təyyarəsi”nə necə çevrildi?
Hüseyn Amani Nadarlı iş yerində həbs edildi
Sürücüdən “BakuBus” rəhbərliyinə ağır ittihamlar - VİDEO
Azərbaycan-Türkiyə təlimləri kimə qarşıdır? - İddia
Kafedə partlayış olub - Açıqlama
Rəzalət: Firudin Qurbansoyu kim yerində oturda bilər?
Hansı həkim sertifikasiyaya görə rüşvət verib? - SİYAHI
Əhmədzadə ilə Ələkbərovu nə birləşdirir?
Binəqədililər İcra başçısına problemlərini danışdılar


23.10.2023  16:05 

Tacikistanın müdafiə naziri Azərbaycanda...





A+  A-

Oktyabrın 23-də Tacikistan Respublikasının müdafiə naziri general-polkovnik Şerali Mirzonun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.

Xəzərnews.az-a bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Qonaqlar Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, Şəhidlər xiyabanında isə ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi keçirilib. Fəxri qarovulun önündən keçildikdən sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib. General-polkovnik Ş.Mirzo protokola uyğun olaraq “Şərəf kitabı”nı imzalayıb.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan islahatlar, azad edilən ərazilərdə görülən işlər barədə danışıb.

Azərbaycana səfərindən məmnunluq ifadə edən Tacikistanın müdafiə naziri isə öz növbəsində səmimi qəbula görə minnətdarlığını bildirib. 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə azərbaycanlı həmkarını təbrik edib.

Ölkələrimiz arasında hərbi əməkdaşlığın daha da genişləndirilməsi baxımından bu cür görüşlərin vacibliyi qeyd olunub. Ordu quruculuğu istiqamətində, həmçinin hərbi-texniki sahədə qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti xüsusi vurğulanıb.

Görüşdə Azərbaycan ilə Tacikistan arasında hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilib.

Xəbər 2598 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.12.2025  11:32 

Ukrayna Temryuk limanını vurdu

05.12.2025  11:15 

Modi Putini əsl dost adlandırıb


BÜTÜN XƏBƏRLƏR +