Təzəxən Mirələmli də saxlanılıb
“Helios Airways” “kabus təyyarəsi”nə necə çevrildi?
Hüseyn Amani Nadarlı iş yerində həbs edildi
Sürücüdən “BakuBus” rəhbərliyinə ağır ittihamlar - VİDEO
Azərbaycan-Türkiyə təlimləri kimə qarşıdır? - İddia
Kafedə partlayış olub - Açıqlama
Rəzalət: Firudin Qurbansoyu kim yerində oturda bilər?
Hansı həkim sertifikasiyaya görə rüşvət verib? - SİYAHI
Əhmədzadə ilə Ələkbərovu nə birləşdirir?
Binəqədililər İcra başçısına problemlərini danışdılar


31.01.2021  15:42 

İki maska taxanlara XƏBƏRDARLIQ





A+  A-

İki maskanın eyni zamanda istifadəsi dəb halına gəlib. Koronavirusdan qorunmaq üçün tibbi, üstəlik qeyri-adi görünmək üçün dizaynlı maskalar taxılır.
XəzərNews.az xəbər verir ki, ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçi iki maska ​​taxmağın koronavirusun yayılmasının qarşısını almaqda təsirli olduğunu bildirmişdi. Terapevt Nadejda Çernışova isə iki maskadan istifadənin zərərlərindən danışıb.

Onun sözlərinə görə, maskanın qalınlığı normal nəfəs almağa imkan verməlidir. Bir adam eyni anda iki maska ​​taxarsa, nəfəs almaqda çətinlik yarana bilər və nəticədə onları çıxarmalı olacaq.

“Adi tibbi maska bizi virusdan 90 faizdən çox qoruyursa, ikincisinə nə gərək var? İkinci maskanın heç bir faydası yoxdur. Bundan əlavə, dizaynlı maskalar boyanmış və ya qaşlarla bəzədilmiş olur. Gözəldir, amma bütün bu gözəllik onların faydasına mane olur”, - Çernışova izah edib.

Respiratorun taxılmasına gəldikdə: həkim bu metodun effektivliyi barədə etibarlı məlumat mənbəyinin olmadığını qeyd edib. O bildirib ki, bu mövzuda elmi araşdırmalar aparılmayıb.

Xəbər 3700 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.12.2025  11:32 

Ukrayna Temryuk limanını vurdu

05.12.2025  11:15 

Modi Putini əsl dost adlandırıb


BÜTÜN XƏBƏRLƏR +