Təzəxən Mirələmli də saxlanılıb
“Helios Airways” “kabus təyyarəsi”nə necə çevrildi?
Hüseyn Amani Nadarlı iş yerində həbs edildi
Sürücüdən “BakuBus” rəhbərliyinə ağır ittihamlar - VİDEO
Azərbaycan-Türkiyə təlimləri kimə qarşıdır? - İddia
Kafedə partlayış olub - Açıqlama
Rəzalət: Firudin Qurbansoyu kim yerində oturda bilər?
Hansı həkim sertifikasiyaya görə rüşvət verib? - SİYAHI
Əhmədzadə ilə Ələkbərovu nə birləşdirir?
Binəqədililər İcra başçısına problemlərini danışdılar


24.10.2020  10:26 

Hulusi Akar NATO-da Türkiyənin Azərbaycanı dəstəklədiyini bildirib





A+  A-

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin onlayn formatda keçirilən toplantısında iştirak edib.
XəzərNews.az bildirir ki, bu barədə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.

H.Akarın sözlərinə görə, iclasda Azərbaycanla Ermənistan arasında baş verən hadisələrin müzakirəsi də olub.

“Biz sülh və sabitliyin təmin edilməsi üçün nə etmək lazım olması barədə öz fikirlərimizi səsləndirməyə imkan tapdıq. Bizim tutduğumuz əsas mövqe – Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsi üçün əsas şərt Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılmasıdır. Danışıqlar zamanı biz buna toxunurduq”, - nazir qeyd edib.

O, həmçinin əlavə edib ki, iclas zamanı dəfələrlə təkrar edib ki, onun ölkəsi Azərbaycan türklərinin mövqeyini birmənalı şəkildə dəstəkləyir.

Xəbər 2675 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.12.2025  11:32 

Ukrayna Temryuk limanını vurdu

05.12.2025  11:15 

Modi Putini əsl dost adlandırıb


BÜTÜN XƏBƏRLƏR +