Təzəxən Mirələmli də saxlanılıb
“Helios Airways” “kabus təyyarəsi”nə necə çevrildi?
Hüseyn Amani Nadarlı iş yerində həbs edildi
Sürücüdən “BakuBus” rəhbərliyinə ağır ittihamlar - VİDEO
Azərbaycan-Türkiyə təlimləri kimə qarşıdır? - İddia
Kafedə partlayış olub - Açıqlama
Rəzalət: Firudin Qurbansoyu kim yerində oturda bilər?
Hansı həkim sertifikasiyaya görə rüşvət verib? - SİYAHI
Əhmədzadə ilə Ələkbərovu nə birləşdirir?
Binəqədililər İcra başçısına problemlərini danışdılar


05.09.2019  22:39 

15 il zirzəmidə şouya hazırlaşdı - Milyonçu oldu





A+  A-

35 yaşlı hamburqlu vəkil Yan Strox “Kim milyonçu olmaq istəyir?” verilişinin daimi fanatlarından biridir.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, verilişin alman versiyası yayımlanmağa başlayandan Yan 1407 verilişin bir buraxılışını belə qaçırmayıb. O hətta 20 yaşından etibarən evinin zirzəmisində proqram studiyası quraraq hər həftə yarışma keçirib. Səs effektlərinədək təqlid edən Strox hər həftə dostlarını “veriliş”inə dəvət edərək yarışmanın suallarını öyrənməyə başlayıb. O hər dəfə yarışmaya müraciət etsə də, hər dəfə imtina ilə üzləşib.

Ancaq şounun 20 illiyi münasibətilə Yan verilişə dəvət olunub və yarıçmanın əsas mükafatını qazanaraq milyonçu olub.

“Mən, demək olar ki 16 ilimi itirdim. Ancaq eyni zamanda da qazandım”.

Milyonçu Yan vəkil kimi fəaliyyətindən imtina etmək fikrində deyil. O, qazandığı pulla geyimlər alacaq, zirzəmidəki studiyasını təmir edəcək və pulun bir qismini də xeyriyyəyə sərf edəcək.

Xəbər 2933 dəfə oxunub.




05.12.2025  11:32 

Ukrayna Temryuk limanını vurdu

05.12.2025  11:15 

Modi Putini əsl dost adlandırıb


BÜTÜN XƏBƏRLƏR +