Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


21.01.2019  14:27 

60 ölkənin dövlət başçısı Davos Forumuna toplaşır





A+  A-

Davos Ümumdünya İqtisadi Forumu İsveçrənin eyniadlı şəhərində işinə başlayıb.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, sammitdə 110 ölkədən 3 mindən çox nümayəndə iştirak edəcək.

60-dan artıq ölkənin başçısı, o cümlədən Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan, Yaponiyanın baş naziri Sintze Abe, Almaniya kansleri Angela Merkel, Braziliya prezidenti Jair Bolsonaru, İtaliya baş naziri Cuzeppe Konte, İspaniyanın baş naziri Pedro Sançes, Əfqanıstan prezidenti Əşrəf Qani, İraq lideri Bəhram Saleh, Çin sədrinin müavini Van Tsişan forumun işinə qatılacaq.

ABŞ lideri Donald Tramp, Böyük Britaniya baş naziri Tereza Mey və Fransa prezidenti Emmanuel Makron ölkədaxili problemlərə görə Davosa gələ bilməyəcəklər.

Bundan başqa, BMT, NATO, Dünya Bankı və s. qlobal strukturların rəhbərliyi də iqtisadi forumda təmsil olunacaq.

Xəbər 2938 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +