Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


14.11.2018  12:32 

Ali Məhkəmədən Gözəl Bayramlıya güzəşt





A+  A-

Bu gün Ali Məhkəmədə AXCP sədrinin müavini Gözəl Bayramlının məhkəməsi keçirilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə G. Bayramlının cəzası 2 ay azaldılıb.

Rəsmi məlumata görə, 25 may 2017-ci il tarixində Bayramova Gözəl Oruc qızı Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində saxlanılıb. Belə ki, G.Bayramova özünü şübhəli apardığına görə əl yükünə baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

Qazax rayon məhkəməsinin hökmü ilə Gözəl Bayramlı 3 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər 3400 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +