Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


28.04.2018  11:45 

“Facebook” istifadəçilərinin dəqiq sayı açıqlandı





A+  A-

"Facebook” şirkəti martın 31-də başa çatan cari maliyyə ilinin birinci rübünə həsr edilən hesabat dərc edib. Sosial şəbəkənin əsas göstəricilərində əhəmiyyətli artım qeydə alınıb.
XəzərNews.az xəbər verir ki, rüb ərzində mədaxil 11,97 milyard dollara çatıb. Bu, gəlirlərin 8,03 milyard dollara bərabər olduğu əvvəlki maliyyə ilinin birinci rübünün nəticəsini yarım dəfə üstələyir.

İllik hesablamada xalis mənfəət 63 faiz - 3,06 milyard dollardan 4,99 milyard dollaradək artıb. Bir qiymətli kağıza nisbətdə gəlir 1,69 dollar təşkil edib. Bir il əvvəl bu göstərici 1,04 dollar olub.

Aylıq aktiv "Facebook” istifadəçilərinin sayı il ərzində 13 faiz yüksələrək 2,20 milyarda çatıb. Sosial şəbəkənin gündəlik aktiv "Facebook” istifadəçilərinin sayı 1,5 milyarda yaxınlaşaraq rübün yekunlarına görə 1,45 milyard (illik hesablamada +13 faiz) olub.

Qeyd edək ki, mədaxilin çox hissəsi reklamın payına düşüb: onun birinci rübdə ümumi gəlir həcmində payı 11,80 milyard dollar təşkil edib. Bir istifadəçiyə nisbətdə mədaxil 5,53 dollara bərabər olub. (qaynar.info)

Xəbər 3155 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +