Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


26.04.2018  17:19 

İş adı ilə camaata 20 min manat “atdı”





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Seymur Əhmədovun məhkəməsi keçirilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə şahid, həkim Fərman Həsənov istintaqa verdiyi ifadəsini təsdiqləyib.

Zərərçəkmiş Ağaxan İbadov işə düzəltmək üçün 3500 manat verdiyini, amma S.Əhmədovun qaytarmadığını deyib.

Şahid Vüqar Qurbanov 2500 manat verdiyini, Seymurun 2 min qaytardığını deyib.

Rasim İbişov deyib ki, qohumu Samir Qasımovu "bp"yə işə düzəltmək üçün verdiyi puldan ona heç nə qaytarılmayıb. Rəşid Cənnətəliyev də dostunu "bp" yə sürücü düzəltmək üçün 2500 manat verdiyini bildirib.

S. Əhmədova pul verən şəxslər rüşvət məqsədi ilə verdiyi üçün zərərçəkmiş yox, şahid kimi tanınıblar.

Qeyd edək ki, S.Əhmədov "bp" neft şirkətinə işə düzəltmə adı ilə 6 nəfərə qarşı 20 min manata yaxın ziyan vurub.

Xəbər 2861 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +