Təzəxən Mirələmli də saxlanılıb
“Helios Airways” “kabus təyyarəsi”nə necə çevrildi?
Hüseyn Amani Nadarlı iş yerində həbs edildi
Sürücüdən “BakuBus” rəhbərliyinə ağır ittihamlar - VİDEO
Azərbaycan-Türkiyə təlimləri kimə qarşıdır? - İddia
Kafedə partlayış olub - Açıqlama
Rəzalət: Firudin Qurbansoyu kim yerində oturda bilər?
Hansı həkim sertifikasiyaya görə rüşvət verib? - SİYAHI
Əhmədzadə ilə Ələkbərovu nə birləşdirir?
Binəqədililər İcra başçısına problemlərini danışdılar


09.02.2017  22:25 

Lənkəranskinin dəstəsi istintaqla sövdələşməyə gedib - VİDEO





A+  A-


Nijni Tagil məhkəməsinin mərhum “qanuni oğru” Rövşən Lənkəranskinin (Rövşən Canıyev) dəstə üzvlərinin həbsdən buraxılmasının səbəbi məlum olub.

Quldur basqınında və zorakılıqda şübhəli bilinənlərə qarşı belə humanitar münasibətə səbəb istintaqla sövdələşmələridir.

Mənbə bildirib ki, dəstə üzvləri zorakılıqla bağlı 5 epizod üzrə etirafedici ifadə veriblər. Onlar göstəriblər ki, sahibkarlardan müxtəlif məbləğlərdə - 15 mindən 220 min rubla qədər pul "qoparıblar” .

Məhkəmə bunu diqqətə alaraq qruplaşmanın 5 üzvünə qarşı həbs qətimkan tədbirini dəyişib. Bunlar 47 yaşlı Q. Xıdır, 22 yaşlı İ. İlkin 23 yaşlı M.Orxan, 23 yaşlı M.Asim və 30 yaşlı B.Telmandır.

Onlar hazırda ev dustaqlığındadır. Qeyd edək ki, istintaq əvvəlcə dəstəni 30-dan çox cinayətdə iştirakçı hesab edirdi.

2016-cı il avqustun 4-də güc strukturları ötən ilin yayında İstanbulda öldürülən, əvvəllər “qanuni oğru” Rövşən Lənkəranskinin himayəçiliyi altında fəaliyyət göstərən dəstənin 30 üzvünü saxlayıb.

Sonda onlardan yalnız 5 nəfəri barəsində həbs qətimkan tədbiri seçilib, biri ev dustağı edilib. 

Müstəntiqlərin sözlərinə görə, darmadağın edilən qruplaşma 90-cı illərin formasında fəaliyyət göstərib. Onlar “qanuni oğru” Rövşən Lənkəranskinin adından istifadə edərək yerli iş adamlarından pul tələb ediblər.

Bundan əlavə, Rövşən Lənkəranskinin dəstəsi oğurlanmış maşınların satılması ilə məşğul olub. Qruplaşmanın qərargahı və “haqq-hesab” çürütmək yeri Nijni Tagilin Çilovski küçəsindəki “Next” serb mətbəxi kafesi olub.

(modern.az)



Xəbər 3051 dəfə oxunub.




05.12.2025  11:32 

Ukrayna Temryuk limanını vurdu

05.12.2025  11:15 

Modi Putini əsl dost adlandırıb


BÜTÜN XƏBƏRLƏR +