Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


03.11.2025  14:38 

“MedAura“ klinikasında gənc qız əməliyyat zamanı komaya düşdü -FOTO





A+  A-

Bakıda "MedAura" klinikasında gənc qız əməliyyat zamanı komaya düşüb.

XəzərNews.az moderator.az-a istinadla xəbər verir ki, bu barədə xəstənin yaxınları şikayət ediblər.

Nigar Budaqlı aprelin 30-da "MedAura" klinikasında burun nahiyəsindən cərrahiyyə-plastik əməliyyat (rinoplastika) olunub. Əməliyyat zamanı həkimlərin səhlənkarlığı nəticəsində Nigar koma (kliniki ölüm) vəziyyətinə düşüb. Əməliyyat cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva həyata keçirib.

Şikayətçinin sözlərinə görə, faktla bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılsa da, 6 aydan artıq müddət keçməsinə baxmayaraq, həkimlər barəsində qanuni tədbir görülməyib.

Xəstənin ailə yaxınları bildirir ki, ekspert rəyinə əsasən, xanımın ağır vəziyyətə düşməsi məhz həkimlərin səhvi ucbatından baş verib.



Xəbər 1872 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +