Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


23.09.2025  13:41 

Marneulidə güllələnmə hadisəsi – Yeni təfərrüatlar





A+  A-

Xəbər verdiyimiz kimi, 21 sentyabr gecəsi Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində 21 yaşlı İlkin Kərimov güllələnib.

XəzərNews.az yerli Azərbaycan dilli KİV-ə istinadla xəbər verir ki, o, Marneulinin “Aversi” klinikasına yerləşdirilib.

Həkimlərin sözlərinə görə, qarın nahiyəsindən güllə yarası alan gənc hazırda reanimasiya şöbəsindədir. Vəziyyəti stabil qiymətləndirilir və yaxın zamanda palataya köçürüləcəyi gözlənilir.

Hadisə ilə bağlı şübhəli şəxs hələ saxlanılmayıb. Yaralı da indiyədək polis tərəfindən dindirilməyib, çünki xəstəxanaya daxil olduğu vaxt vəziyyəti ağır olub.

Tv Pirveli telekanalının məlumatına görə, insident cinayətkar aləmlə bağlı ola bilər. İlkin Kərimovun pusquya salındığı, avtomobildən düşüb piyada hərəkət etdiyi anda atəşə tutulduğu bildirilir. Hadisənin pul üstündə yaranan mübahisədən qaynaqlandığı ehtimal olunur.

Xəbər 3041 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +