Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


07.07.2025  14:46 

Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı





A+  A-

Azərbaycanlı tələbə Almaniyada ölü tapılıb.

XəzərNews.az APA-ya istinadla xəbər verir ki, birinci kurs tələbəsi Kənan Camal oğlu Səfərov iyulun 5-də Münhendə yaşadığı evdə cansız aşkarlanıb.

Almaniyada yaşayan Azərbaycan vətəndaşı Mirnatiq Mirsultanov deyib ki, Kənan Səfərov 6 aydır Almaniyaya gəlib və həm təhsil alıb, həm də diş həkimi köməkçisi kimi çalışıb.

O, iyulun 5-də işə getmədiyi üçün yaşadığı ünvana adam göndərilib, qapını döysələr də, açan olmayıb, mənzilə pəncərədən daxil olublar və döşəmənin üzərində Kənan Səfərovun meyitini aşkarlayıblar.

Meyitin üzərində hər hansı zorakılıq əlaməti olmayıb.

Onun qida zəhərlənməsindən və ya digər başqa səbəbdən ölümü araşdırılır.

Hüquq-mühafizə orqanlarına məlumat verilib, cənazənin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır.

Xəbər 1058 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +