Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


13.01.2025  09:58 

“Musiqiyə qulaq asan zinakardır, əxlaqsızdır...“





A+  A-

Vəhabi dindar Rəşad Hümbətovun musiqi ilə bağlı açıqlamaları geniş tənqidlərə səbəb oldu

Xəzərnews.az xəbər verir ki, özünü dindar kimi təqdim edən Rəşad Hümbətovun sosial şəbəkədə yayılan videosu cəmiyyətdə geniş müzakirələrə və sərt reaksiyalara səbəb olub. Hümbətov videoda musiqiyə qulaq asmağın İslam dini baxımından haram olduğunu iddia edir və bunu “əxlaqsızlıq və sapmalara yol açan bir vasitə” kimi təqdim edir.

Onun çıxışında deyilir:

“Musiqiyə qulaq asmaq İslam baxımından haramdır. Bu, əxlaqsızlığa, fahişəliyə və digər sapmalara yol açır”.

Rəşad Hümbətovun bu çıxışı sosial mediada istifadəçilərin kəskin tənqidləri ilə qarşılanıb. Bir çox istifadəçi bu fikirləri “çağdışı, cəhalət dolu və insan azadlıqlarına müdaxilə” kimi qiymətləndirib. Onlar Hümbətovun iddialarının Azərbaycan cəmiyyətinin müasir və tolerant dəyərlərinə uyğun olmadığını vurğulayıblar.

Musavat.com, Rəşad Hümbətov adlı din möhtəkirinin bu açıqlamalarını öz oxucularının mühakiməsinə təqdim edir.

Dinin adından danışan bu cür cahillər Azərbaycan cəmiyyətini özlərinin də anlamadığı bir cəhalət bataqlığına çəkməyə çalışırlar. Bu cür "dindarlar"ı tanımaq və onları ictimai qınaq hədəfinə gətirmək lazımdır.//Musavat.com

Xəbər 4712 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +