Netanyahu məsuliyyətə cəlb olunsun - Əl Tani
“Habertürk” və “Show TV”yə həbs qoyuldu
“Barama“ bağçasında azyaşlı zorakılığa məruz qaldı
20 yaşlı ana doğuş zamanı öldü
Polşanın daxili işlər naziri Belarusla sərhədi bağladı
Tulada müdafiə zavoduna hücum oldu
Formula 1: Bakıda bu yollar bağlanacaq
Direktor müavini kanala düşərək ölüb
Azərbaycanlı Almaniyada saxlanıldı
İmkanı olmayanlar təyyarə biletlərini necə ödəsin?


30.07.2025  16:44 

Məsud Pezeşkian Zəngəzur dəhlizinə dəstək verdi





A+  A-

İran Prezidenti Məsud Pezeşkian Xarici İşlər Nazirliyinin rəsmiləri ilə görüşdə etdiyi çıxışının mətni İran prezident administrasiyanın saytında dərc olunub.

“Anadolu” agentliyinin (AA) verdiyi xəbərə görə, Pezeşkian çıxışında qonşular və region ölkələri ilə əlaqələrin əhəmiyyətinə toxunub və bu kontekstdə Zəngəzur dəhlizini “şimal-qərbdəki sərhəd keçidi” adlandıraraq bu məsələni şərh edib: "Qonşularımız və regional ölkələrlə əlaqələrimizi və əməkdaşlığımızı geniş perspektivdən nəzərdən keçirdikdə, ölkənin şimal-qərbindəki sərhəd keçidləri kimi təfərrüatlı məsələlərdən narahat olmağa ehtiyac yoxdur".

İran prezidenti deyib: "Biz qonşularımızla münasibətlərimizə sərhəd maneələrinin aradan qaldırılması və iqtisadiyyatlarımızı hərtərəfli birləşdirmək çərçivəsində yanaşmalıyıq. Biz həssaslıqları azaltmalı və konstruktiv qarşılıqlı əlaqələrin genişləndirilməsini nəzərdən keçirməliyik".

İran İslam İnqilabı Rəhbərinin baş müşaviri Əli Əkbər Vilayəti isə gecə-gündüz Zəngəzur dəhlizinin əleyhinə danışır. Məsud Pezeşkianın çıxışı bir daha göstərir ki, İranın molla rejimi ilə xalqın seçdiyi prezident arasında bir çox məsələlərə yanaşmada kəskin fərq var. Bu fərq Zəngəzur dəhlizi məsələsinə münasibətdə də özünün tam çılpaqlığı ilə göstərir.

Elbəyi Həsənli
Sürix


Xəbər 689 dəfə oxunub.




10.09.2025  10:33 

Bu, müharibə aktıdır - Co Vilson


BÜTÜN XƏBƏRLƏR +