Vətəndaşdan ondan, o, vətəndaşdan narazıdır
Fikir ayrılıqları var, amma... - Abbas Əraqçi
Eldar Abbasov vəzifəsindən azad edilib
Şahin Mustafayev Abbas Ərakçi ilə görüşüb
Ağayev depressiyada... - Özü açıqladı
Kadırovun qohumu İrəvanda öldürüldü
Şadlıq evinin fəaliyyəti dayandırıldı-Video
3 elmi istehsalat birliyi ləğv edildi
İş adamının 4 milyonu ələ keçirildi – Federasiya prezidenti həbs olundu
Təyyarə qəzası...-Ölənlər var


17.04.2019  17:43 

Sərhəddə atəş açıldı, narkotiki atıb qaçdılar





A+  A-

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycana doğru hərəkət edən 2 nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib.
XəzərNews.az-ın məlumatına görə, sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucularına qarşı silahdan havaya xəbərdarlıq məqsədilə atəş açılıb, lakin sərhəd pozucuları əllərindəki əşyaları əraziyə ataraq geriyə qaçıblar.

Həmin ərazi dərhal qapadılaraq axtarış tədbirləri keçirilib, 1 ədəd bel çantası və 1 ədəd torbada ümumi çəkisi 15 kiloqram 815 qram olan narkotik vasitə və 1 ədəd Kanada istehsalı olan gecə görmə cihazı aşkarlanaraq götürülüb.

Qeyd olunan fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər 2956 dəfə oxunub.



08.12.2025  16:39 

Təyyarə qəzası...-Ölənlər var


BÜTÜN XƏBƏRLƏR +