“Fərdi jurnalist müsabiqəsi”nin qalibləri açıqlandı - Siyahı
Qobuda dəhşətli qəzanın... - Videosu
Bəzi qanunların dili olduqca çətindir - Sabir Rüstəmxanlı
Büdcəyə gömrük daxilolmaları niyə azalıb?
Kimlərə 8 min manat müavinət veriləcək?
Tibbi Sığorta ilə dərmanları necə alacağıq?
Prezident Əliyev Əraqçı ilə nədən danışıb?.. - QƏBUL
Şüeyb Bəhmən yenə cəfəng iddialar səsləndirib
Pirəkəşkül və Ağdərədə partlayış olacaq - Rəsmi
Əraqçi Prezident İlham Əliyevlə görüşüb


27.11.2025  11:55 

Finlandiya sərhəddə tikdiyi hasarı tamamlayır





A+  A-

Finlandiyanın dövlət teleradio şirkəti Yle son illərdə Rusiya ilə şərq sərhədində inşa edilən yeni müdafiə hasarının görüntülərini yayıb. Məlumata görə, tikinti işləri demək olar ki, başa çatmaq üzrədir.

XəzərNews.az xarici mediaya istindaən xəbər verir ki, hazırda qurulan hasarın hündürlüyü 4,5 metr, onun üzərində isə əlavə olaraq 1 metr tikanlı məftil yerləşdirilib. Təhlükəsizliyin artırılması məqsədilə hər 20 metrdən bir müşahidə kameraları quraşdırılıb.

Finlandiya–Rusiya sərhədinin ümumi uzunluğu 1300 km-dən çoxdur, lakin maliyyə çatışmazlığı səbəbindən hasar layihəsi hələlik yalnız 200 km-lik hissəni əhatə edəcək. Layihənin ümumi dəyəri 362 milyon avro, bir kilometr hasarın inşası isə təxminən 1,8 milyon avroya başa gəlir.

Xatırladaq ki, əvvəlcə Sankt-Peterburq sakinlərinin alış-veriş üçün tez-tez keçdiyi Finlandiya sərhədi artıq tam 2 ildir bağlıdır.

Xəbər 1154 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +