Bəzi qanunların dili olduqca çətindir - Sabir Rüstəmxanlı
Büdcəyə gömrük daxilolmaları niyə azalıb?
Kimlərə 8 min manat müavinət veriləcək?
Tibbi Sığorta ilə dərmanları necə alacağıq?
Prezident Əliyev Əraqçı ilə nədən danışıb?.. - QƏBUL
Şüeyb Bəhmən yenə cəfəng iddialar səsləndirib
Pirəkəşkül və Ağdərədə partlayış olacaq - Rəsmi
Əraqçi Prezident İlham Əliyevlə görüşüb
Əbülfəs Qarayevin qızı məhkəməyə verilir
Ramiz Mehdiyevin qızı da vəzifədən azad edildi


06.10.2025  15:24 

Səricanovun oğlu hakim qarşısına çıxarıldı





A+  A-

Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsdə görə ömürlük həbs cəzası almış Azər Səricanovun oğlu Əbülfəz Səricanov hakim qarşısına çıxarılıb.

XəzərNews.az xəbər verir ki, oğul Səricanovun da işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Ə.Səricanov da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən tutularaq cinayət məsuliyyətinə cəlb edilib. O, dövlət və ictimai xadimlərin həyatına sui-qəsd hazırlığında təqsirləndirilir.

Bu gün iş üzrə məhkəmənin hazırlıq iclası keçirilib. İclasın mahiyyətinə uyğun olaraq, təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, məhkəməyə sədrlik edən hakim Səbinə Məmmədzadə ona hüquq və vəzifələrini izah edib.

Təqsirləndirilən şəxsin vəkili Bəxtiyar Hacıyev həbs qətimkan tədbirinin dəyişdirilməsi, məhkəmə istintaqının açıq keçirilməsi və başqa bir neçə vəsatət qaldırıb. Vəsatətlər təmin edilməyib.

İlk baxış iclası oktyabrın 16-na təyin edilib.

Xatırladaq ki, Ə.Səricanova DTX-də başlanılmış cinayət işi üzrə AR Cinayət Məcəlləsinin 28.277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etməyə hazırlıq) maddəsi ilə ittiham elan olunub.

Cinayət işinin materiallarından əldə etdiyimiz ilkin məlumata görə, Əbülfəz Səricanov bir neçə dövlət və ictimai xadimin həyatına sui-qəsd hazırlayıb. DTX-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayət planının qarşısı vaxtında alınıb. Toplanmış sübutlar məhkəməyə göndərilib.

Qeyd edək ki, Əbülfəz Səricanovun atası Azər Səricanov Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsdə görə ömürlük azadlıqdan məhrum edilib.

Xəbər 2665 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +