“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


19.06.2022  21:38 

Bu qızlar Avropa çempionatını 4 bürünclə başa vurub





A+  A-

İyunun 15-dən 19-dək İsrailin Tel-Əviv şəhəri daha bir mötəbər idman yarışına, bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi edib.

XəzərNews.az Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, Azərbaycan komandası bu mötəbər yarışda 4 bürünc medal qazanıb.

Komandamızın aktivinə ilk medalı gənclər arasında Kamila Qafarova yazdırıb. Hakimlərdən 28.550 xal alan idmançımız özünəinamlı çıxışı ilə gürzlərlə hərəkətlərdə fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb. Yarışın növbəti günü Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə yığma komandamız çoxnövçülük yarışlarında bürünc medala sahib olub. Gimnastlarımız yarışın sonuncu günündə də uğurlu çıxış nümayiş etdiriblər. Belə ki, qrup komandamız ölkəmizin medal kolleksiyasına daha iki mükafat əlavə edib. Təmsilçilərimiz ayrı-ayrı alətlər üzrə keçirilən final yarışlarında həm 5 halqa, həm də 3 lent və 2 topla hərəkətlərin icrasında bürünc medal əldə etməyə müvəffəq olublar.

Fərdi növdə ölkəmizi təmsil edən yığma komandamızın təcrübəli üzvləri Zöhrə Ağamirova və Arzu Cəlilova finalda özünəinamlı, dəqiq çıxış nümayiş etdirsələr də, təəssüf ki, hakimlərdən aldıqları xallar mükafatçılar sırasına düşmək üçün yetərli olmayıb. Zöhrə Ağamirova finalda gürzlərlə 6-cı, topla 8-ci pillədə qərarlaşıb. Arzu Cəlilova isə həlledici mərhələdə lentlə çıxışını 8-ci yerdə başa vurub.

Xəbər 1674 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +