“Şəki” restoranına milyonluq kompensasiya
"Bandotdel” əməliyyat keçirdi: Saxlanılanlar var
Bakıda yeniyetmə qız itkin düşüb
Əliyevin Orbanla görüşü olub... - Məhdud tərkibdə
Tramp qudasını Fransaya səfir təyin edib
Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır
Rusiyaya qarşı 17-ci sanksiyalar paketi təsdiqləndi
TƏBİB rəhbəri narazı stamotoloqları qəbul edəcək
Beş nəfər xəsarət alıb, 3-nün vəziyyəti ağırdır... - Partlayış
İlham Əliyev Macarıstana işgüzar səfərə gedib


12.12.2020  14:06 

“Tərəflər özləri Rusiyanın vasitəçiliyini seçiblər” - Lavrov





A+  A-

“Dağlıq Qarabağdakı münaqişənin Azərbaycan-Ermənistan-Rusiya formatında həllinə İranın maraqlarından yan keçməklə nail olunmayıb”.
XəzərNews.az-ın “TASS” agentliyinə istinadən məlumatına görə, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov İran Dövlət Televiziyası və Radiosuna müsahibəsində bildirib.

Lavrov qeyd edib ki, münaqişə tərəflərinin özləri Rusiyanın vasitəçiliyində maraqlı olublar:

“İndi münaqişənin həllinə kimin, nə vaxt kömək edə bildiyini və ya edə bilmədiyini düşünməməliyik. Bir daha vurğulayım ki, formatın seçimi Azərbaycan və Ermənistana məxsusdur. Yalnız bu, bəyanatdakı iştirakçıların tərkibini müəyyənləşdirib. Bunu İranın hesabına və ya Türkiyənin hesabına etmək cəhdləri olmadı və ola da bilməzdi”.

Lavrov İranın narahatlığını başa düşdüyünü sözlərinə əlavə edib: “Çünki Azərbaycan və Ermənistan arasındakı münasibətlərin normallaşması İranın tranzit maraqlarına təsir göstərəcək, xüsusilə də bu maraqlar ABŞ-ın İrana qarşı sanksiyaları tətbiq etdiyi bir vaxtda daha da güclənib.

Rusiya XİN rəhbərinin fikrincə, uzun illərdir hamının təsdiq etdiyi əsas prinsipdən imtina etmək mümkün deyil. Belə ki, münaqişənin nəticəsi bütün bölgədəki münasibətlərin normallaşması olmalıdır.

“Hamımız yan-yana yaşayırıq və indi Zaqafqaziya ölkələri arasındakı problemlərin aradan qaldırılması zamanı qonşular olaraq bu prosesə kömək etməliyik”, - deyə nazir vurğulayıb.

Xəbər 2270 dəfə oxunub.




20.05.2025  13:12 

Sabahdan istilər başlayır

20.05.2025  11:38 

Sibiqa Brüsselə gedir

19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO


BÜTÜN XƏBƏRLƏR +