Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


23.04.2025  17:45 

“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...





A+  A-

2025-ci ilin I rübünün sonuna “Azər-Türk Bank”ın ümidsiz kreditləri 1.5 mln. manatdan çox artıb.

Sözügedən dövrdə bankın ümidsiz kreditləri 11 mln. 344 min manata çatıb. Keçən ilin müvafiq dövründə isə bu göstərici 9 mln. 829 min manat olub.

Həmçinin bankın təhlükəli kreditləri isə təxminən 37.13% artaraq 738 min manatdan 1 mln. 12 min manata yüksəlib.

Qeyri-qənaətbəxş kreditlərdə də milyonluq artım qeydə alınıb. Belə ki, 2024-cü ilin I rübünün sonuna qeyri-qənaətbəxş hesab edilən kreditlər 4 mln. 264 min manat təşkil edirdisə, cari ilin müvafiq dövründə bu göstərici 7 mln. 258 min manata çatıb. Bu isə 1 ildə təxminən 70.23 %-lik artım deməkdir.

Ümumilikdə isə qeyri-standart kreditlərin həcmi 14 mln. 830 min manatdan 19 mln. 614 min manata yüksələrək 4.7 mln. manatlıq artım göstərib.

Bankın qeyri-qənaətbəxş kreditlərinin ümumi kredit portfelindəki xüsusi çəkisi də 2.2 %-dən 2.4 %-ə yüksəlib.

Müqayisəsi aparılan dövrdə bankın müştərilərə verilmiş kreditlərdən əldə etdiyi faizlər 15 mln. 156 min manatdan 20 mln. 270 min manata yüksəlib. Faiz xərcləri idə 8 mln. 391 min manatdan 18 mln. 150 min manata yüksəldiyi üçün bankın xalis faiz gəliri 14 mln. 785 min manatdan 14 mln. 152 min manata enib.

Qeyri-faiz xərclərində də 2 mln. manata yaxın artım baş verib.

Ümumilikdə isə ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın xalis mənfəəti 7.9 mln. manatdan 3.8 mln. manata düşüb./Valyuta.Az

Xəbər 1284 dəfə oxunub.




07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +