Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


19.07.2018  15:52 

Elektrik enerjisi ilə bağlı yeni təkliflər





A+  A-

"2017-ci ildə enerji balansının proqnozlaşdırılması və planlaşdırılması sahəsində beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində bir sıra işlər həyata keçirilib, enerji bazarında istehsalçı və istehlakçı müəssisələr arasında əlaqələndirmənin gücləndirilməsi məqsədilə enerji istehsalçısı və istehlakçısı olan müəssisələr arasında fəaliyyət üzrə əlaqələndirmə qrupu yaradılıb".
XəzərNews.az "APA-Economics"ə istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti"nin 2017-ci il üzrə monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib.

Monitorinq və qiymətləndirmə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanıb.

Sənəddə qeyd edilib ki, strateji müəssisələrin siyahısının müəyyən edilməsi, elektrik enerjisi üzrə qeyri-pik saatlardan istifadənin və yük tələbatının optimal paylanmasının stimullaşdırılması məqsədilə müvafiq təkliflər hazırlanıb: "Sutkanın müxtəlif saatlarında elektrik enerjisindən istifadəyə dair region ölkələrinin təcrübəsi araşdırılaraq müvafiq statistik hesabat hazırlanıb, sənaye müəssisələrinin istehsal prosesində pik saatlardan qeyri-pik saatlara yönəldilməsinin təsirlərinin təhlil edilməsi məqsədilə aidiyyəti qurumlara müvafiq sorğular göndərilib, ilkin nəticələr müzakirə edilib".

Bundan başqa, sənaye müəssisələrində və ev təsərrüfatlarında enerji resurslarının effektiv istifadəsini təmin etmək üçün “Biznes üçün enerji effektivliyi və bərpa olunan enerji haqqında tövsiyə olunan Təcrübə Təlimatı” hazırlanıb, iri sənaye müəssisələrinə göndərilib.

Xəbər 1755 dəfə oxunub.




07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +