Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub
Meloni Trampı qətiyyət göstərməyə çağırıb
Bakıda oğurluq edən Gürcüstan vətəndaşları saxlanıldı
Deputat restoran satışında ittiham olunur
Həbib Nurməhəmmədov iki nazirlə görüşdü - Bakıda


31.05.2021  15:54 

“İtkin erməni hərbçilərin cəsədlərini meyvə soyuducularında gizlədiblər”





A+  A-

Ermənistanda itkin düşən hərbçilərin ailə üzvləri və qohumları bu gün də aksiya keçiriblər.
XəzərNews.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, İrəvanın mərkəzi Heratsi küçəsini bağlayan etirazçılar hakimiyyət orqanlarının lazımsız səs-küydən qaçmaq üçün hərbçilərin cəsədlərini uzun müddət soyuducuda gizlətdiklərini iddia ediblər.

“İki həftə əvvəl itkin düşmüş hərbçilərin cəsədlərinin meyvə soyuducularında gizlədildiyini öyrəndik”, - deyə etirazçılardan biri, itkin düşmüş hərbçi Arsen Qukasyanın qohumu jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, valideynlər meyitlərin soyuducuda saxlanıldığını bilmirdilər: “200-dən çox cəsəd gizli şəkildə Artaşatdakı kimi meyvə soyuducuları da daxil olmaqla müxtəlif yerlərdə saxlanılıb. Uşaqlarımızın cəsədləri yalnız indi ailələrinə təhvil verilir”.

O, bütün itkin düşənlərin yaxınlarını etiraz olaraq onlara qoşulmağa çağırıb:

“Qarabağda aparılan əməliyyat-axtarış tədbirləri zamanı morqda olanlardan daha az ölü cəsədi tapıldı. Bu o deməkdir ki, səlahiyyətlilər ölənlərin həqiqi sayını açıqlamaq istəmirlər”.

Onun sözlərinə görə, etirazçılar hərbçilərin qohumlarının da daxil olduğu dövlət komissiyasının yaradılmasını tələb edirlər.

Xəbər 3942 dəfə oxunub.



26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +