Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub
Meloni Trampı qətiyyət göstərməyə çağırıb
Bakıda oğurluq edən Gürcüstan vətəndaşları saxlanıldı
Deputat restoran satışında ittiham olunur
Həbib Nurməhəmmədov iki nazirlə görüşdü - Bakıda


29.12.2020  16:54 

“Sanksiyalara görə geri çəkilməyəcəyik”





A+  A-

“Türkiyə olaraq sanksiyalara qarşıyıq, kimin və kimə qarşı tətbiq etməsindən asılı olmayaraq”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın Soçi şəhərində Türkiyə-Rusiya Birgə Strateji Planlaşdırma Qrupunun iclasından sonra keçirilən birgə mətbuat konfransı zamanı deyib.

“Keçmişdə Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları olmuşdu. Biz qətiyyətlə razılaşmadıq və bunun doğru olmadığını dedik. Problemlər sanksiyalarla həll edilə bilməz. ABŞ-ın son sanksiya qərarı da səhv qərardır. Qərarın özü səhvdir. Hamı çox yaxşı bilir ki, sanksiyalara görə geri çəkilməyəcəyik. “S-400” məsələsi də daxil olmaqla bütün problemləri dialoq yolu ilə həll etməyi seçdik. Eynilə, Aİ ölkələrinə digər ölkələrlə münasibətlərimizi sorğulamaq əvəzinə dialoqu seçmələrini tövsiyə edirik”,- deyə Çavuşoğlu qeyd edib.

Xəbər 2893 dəfə oxunub.



26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +